Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Etirazla üzləşən iki liderin 6 saatlıq görüşü – Putin və Lukaşenko Soçidə nədən danışıblar?

Tarix 23.02.21, 18:28

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 22-də Soçidə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşeno arasında keçirilən görüş 6 saat davam edib.

AzFakt.com “Azadlıq” radiosuna istinadla xəbər verir ki, bu danışıqlar hər iki liderin etirazlarla üzləşdiyi bir vaxtda keçirilib. Xəbər verilir ki, Putin və Lukaşenko danışıqlardakı fasilə zamanı xizək sürməyə gediblər.

Kremlin verdiyi məlumatda danışıqların əsas mövzusunun Rusiya-Belarus inteqrasiyası və strateji partnyorluq barədə olduğu bildirilib.

Görüşün jurnalistlər üçün açıq olan hissəsində Rusiyanın Belarusu koronavirusa qarşı vaksinlə təchiz edəcəyi bildirilib. Rusiya mediası Lukaşenkoya istinadən yazıb ki, iki ölkə arasında “33 inteqrasiya xəritəsindən icra olunmayan yalnız 5, 6 və bəlkə də 7-si qalıb”.

Lukaşenko bundan əvvəlki çıxışlarında Belarus və Rusiya arasında inteqrasiyanın Minskin müstəqilliyinin itirilməsi olmadığını deyib. Amma Belarusda ona qarşı 7 aydır ki, davam edən etirazlardan sonra Lukaşenko Putinlə görüşdə daha zəif görünür.

Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, iki lider Avropa İttifaqının Moskva və Minskə qarşı yeni sanksiyalar hazırladığı vaxta təsadüf edir. Avropa İttifaqı bundan əvvəl prezident seçkisinin saxtalaşdırılması, etirazçılara divan tutulması ilə bağlı Belarusa qaşı sərt sanksiyalar elan edib.

Putin və Lukaşenko son dəfə ötən ilin sentyabrında görüşmüşdülər. Onda Moskva Minskə 1.5 milyard dollarlıq yardım krediti verəcəyini bildirmişdi. Bununla yanaşı Rusiya Lukaşenkodan 20 il bundan əvvəl imzaladığı müqaviləyə əməl olunmasını tələb edir.

Rusiya və Belarus arasında 1999-cu ildə imzalanmış ittifaq dövləti müqaviləsi əsasən kağız üzərində qalıb.



Xəbərin oxunma sayı : 682




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap