“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Evdən çıxmaq üçün 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq:“Bu, inzibati və cinayət məsuliyyətinə səbəb olacaq”

Tarix 02.04.20, 22:56

Font ölçüsü : - / +
bitmap-img6


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 nömrəsinə müraciətlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O, xəbərdarlığında 8103 SMS nömrəsinə yanlış məlumatlar verənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlarını xatırladıb:

“Vətəndaşlar bu SMS xidmətinə bilərəkdən yanlış məlumatlar vermək, aidiyyatı olmayan məzmunlu SMS-lər göndərməkdən çəkinsinlər. Çünki bu sistemin arxasında analitik monitorinq sistemi dayanır. Real vaxt rejimində daxil olan məlumatlar təhlil olunur. Ona görə də sui-istifadə halları müəyyən edilərsə, hüquq-mühafizə orqanlarına bu barədə məlumat veriləcək. Çünki bu, karantin rejiminin qaydalarının pozulması deməkdir. Ona görə də bu, inzibati və cinayət məsuliyyətinə səbəb olacaq hallardır”.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndəriləcək/Report.




Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap