|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Evi dağılan Ağdam sakini:“Prezidentin ayırdığı pullar, tikinti materialları vətəndaşlara gəlib çatmır“
Tarix 26.02.21, 23:46 |
|
Ağdam sakini deyir, Prezidentin sərəncamıyla ayrılmış pul yardımları, təmir-tikinti işləri üçün ayrılmış materiallar vətəndaşlara gedib çatmır
"Qrad evi tamamilə yararsız vəziyyətə salıb, ailədə 5 nəfərik, 5 aydır ki, qapılarda qalmışıq. İki qohumdan hər birinin evində bir müddət qaldıqdan sonra kirayə evə köçmüşük, kirayəhaqqını ödəyə bilmirik. Nə evdə əməlli-başlı bərpa işləri aparırlar, nə də dəymiş zərərə görə dövlətin ayırdığı pulu ödəyirlər”.
İkinci Qarabağ Müharibəsi başlanan ilk günlərdən kəndləri Ermənistan Ordusu tərəfindən qrad atəşinə tutulub. Nəticədə yaşayış evləri və təsərrüfatlar dağıdılıb. O evlərdən biri də Ağdam rayonu, Qaradağlı kənd sakini Ramil İbadova məxsusdur.
"140 kvadratmertlik evə 10 kiloqram "şpakilovka" yazmışdılar”
Ramil İbadov Meydan TV-yə danışır ki, 5 aydır evi dağılıb və o, hazırda ailəsiylə kirayədə, olduqca çətin şəraitdə yaşamaq məcburiyyətindədir. Onun sözlərinə görə, indiyədək dövlətdən aldığı yeganə dəstək 1000 manat məbləğində yardım olub. O isə hesab edir ki, bu yardım evi tamamilə yararsız hala düşmüş, əşyaları dağılmış ailə üçün uyğun deyil:
Onun sözlərinə görə, indiyədək dövlətdən aldığı yeganə dəstək 1000 manat məbləğində yardım olub.
"Sentyabrın 28-də səhər saatlarında evimizə mərmi düşdü. Evin bir hissəsi, dam örtüyü, döşəmələr dağıldı, divarlar aralandı... Yaşamaq mümkün olmadığına görə əvvəl bir, sonra digər qohumun evinə sığındıq, daha sonra kirayə ev axtarmalı olduq və hazırda kirayədə yaşayırıq. Evimiz dağılandan sonra bir neçə dəfə komissiya gəldi, evə baxış keçirtdi. Birinci baxışda təmir-bərpa üçün materialların siyahısını tutmuşdular. Təsəvvür edin ki, 140 kvadratmetr sahəsi olan ev üçün cəmi 10 kiloqram "şpakilovka" yazmışdılar siyahıya... Mən razılaşmadım. Növbəti dəfə yenə gəldilər, siyahıda bir az materialı çoxaltdılar, söz verdilər ki, döşəməni, dam örtüyünü tam dəyişəcəklər. Ancaq yenə sözlərinin üstündə dayanmadılar. Tutduqları siyahı 140 kvadratmetr sahəsi olan bir evin təmir-bərpasının heç yarısını da əhatə etmirdi, siyahıdakı materiallar ən aşağı qiymətlə hesablanmışdı, üstəlik, çox keyfiyyətsiz materiallar idi. Məsələn, dam örtüyünə çox az material ayrılmışdı, bildirirdilər ki, dam örtüyünü təmir edərkən dağıntı zamanı yararsız vəziyyətə düşmüş hissələrdən də istifadə edəcəklər. Bu isə o demək idi ki, bir azdan o dam örtüyü yenidən başımıza uçacaqdı. Təqdim etdikləri təmir materialları siyahısından imtina etdik. Əgər o siyahıyla razılaşsaydım, o siyahı üzrə materiallar tükənəndən sonra yerdə qalan xeyli təmir-bərpa işlərinin materiallarını almaq öz üzərimə düşəcəkdi. Yanvar ayında mənə kart verildi, karta cəmi 1000 manat köçürülmüşdü”.
"Dövlətin pul yardımları bizə verilməyib”
Ramil İbadov Prezidentin 14 dekabr 2020-ci il tarixli sərəncamının icra olunmasını tələb edir:
"Həmin sərəncamla müharibə zamanı dağıdılmış və qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş hər bir yaşayış evləri üzrə 1000 manat məbləğində maddi yardımın ödənilməsi nəzərdə tutulub. Bizə nə 6 min manat, nə də hər ailə üzvünə görə 1500 manatlar ödənilib. Hesab edin ki, pəncərəsinin şüşəsi qırılana da 1000 manat verilib, üstünə qrad düşmüş evimizə görə bizə də...”
"Dam örtüyünü təmir edərkən dağıntı zamanı yararsız vəziyyətə düşmüş hissələrdən də istifadə edəcəklər"
"Dolana bilmirik, kirayəhaqqını ödəmək imkanım yoxdur”
Ramil İbadov deyir, 2019-cu ildə yıxılaraq ayaqlarından travma alıb və o vaxtdan əmək fəaliyyətiylə məşğul ola bilmir. Hazırda 5 nəfərlik ailə anasının 250 manatlıq pensiyası ilə dolanır, evin kirayəsini ödəməkdə çətinlik çəkir. İstədiyi odur ki, ölkə başçısının sərəncamıyla nəzərdə tutulmuş pul yardımları ona və ailə üzvlərinə ödənilsin və dövlət evin tam təmir-bərpasını həyata keçirərək ailəni kirayədən xilas etsin:
"Evin dam örtüyü, döşəmələr tamamilə dağılıb, divarlar aralanıb... Dam örtüyünü saxlayan millər qırılıb. Tamamilə sökülüb daş hörgünün üstündən karkas beton tökülməli, yenidən dam örtüyü vurulmalıdır. Bunu özləri də baxış keçirəndə deyiblər”.
"Qurumlar icra hakimiyyətinə yönləndirir, başçısa bizi qəbul etmir”
Ramil İbadov müxtəlif qurumlara müraciət edib. Həmin qurumlarsa vətəndaşı yerli icra hakimiyyətinə yönləndirir:
"Dam örtüyünü saxlayan millər qırılıb".
"Məsələn, Nazirlər Kabinetinə yazıram, yönləndirir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə, ordan da məktub gəlir ki, bəli, Prezidentin belə sərəncamı var, nəzərdə tutulmuş yardımların ev sahiblərinə bank vasitəsiylə ödənilməsinin təmin olunması yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Ağdam Rayon İcra Hakimiyyətinə gedirik, başçı qəbul etmir. Qarşımıza Ağdamın baş memarı çıxır. O da mənə üzərinə bir neçə təmir materialı yazılmış balaca kağıza verdi, dedi, razılaşsan da, razılaşmasan da, ayrılan material budur, vəssalam”.
Ağdam Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş Ağdam rayonu, Qaradağlar kəndində İbadov Ramil Nayib oğluna məxsus yaşayış evinə baxış keçirilib, dəymiş zərər müəyyən edilib, vətəndaş təmirdən imtina edib.
Xəbərin oxunma sayı : 652
Sosial
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV