Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Fazil Məmmədov keçmiş həmkərlarının arasına qatılmadı – Sabiq nazir hardadır? + FOTO

Tarix 06.06.18, 0:17

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub.

Mətbuatda verilən məlumata görə, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Ancaq belə əhəmiyyətli bir tədbirə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov qatılmayıb. Sabiq vergilər nazirinin bu tədbirə qatılmaması birmənalı qarşılanmayıb. Bunu sabiq nazirin keçmiş həmkarları ilə qarşılaşmaq istəməməsi ilə bağlayanlar da olub, bu idman növünün onun üçün heç bir əhəmiyyət daşımaması ilə izah edənlər də.

Ancaq Fazil Məmmədovun səhhəti ilə bağlı müalicə aldığı üçün belə bir əhəmiyyətli tədbirdə iştirak etmədiyi də istisna edilmir.

fazil_m767_431-1512558372

Qeyd edək ki, Fazil Məmmədov daha əvvəl prezidenti olduğu Güləş Federasiyasından da istefa verib.

Xatırladaq ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq idmançı mübarizə aparacaq.





Xəbərin oxunma sayı : 325




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap