Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Fədayə Laçının bacısı: “Həbsindən sonra məni toya çağırmırlar”

Tarix 13.01.18, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni İlahə Fəda "Səni axtarıram" verilişinin qonağı olub

Axşam.az-ın məlumatına görə, sənətçi hazırda həbsdə olan Fədayə Laçından danışıb. 
 
O, aparıcının Fədayə ilə bağlı suallarını cavablandırıb və bunları deyib: "Nə qədər yaxşı olacağını təsəvvür edin. Bu da bir çilədir, yazıdır çəkirik. Fədayənin səsini yayımlamasınlar, çox pis oluram. İkimiz də Bakıya gələnə qədər çox yaxşı yaşamışıq. Bilmirəm, harada səhv etdik... Bakıya gəldik, 4 qız və anamız. Çətin idi bizə... Biz ögey atanın da nə olduğunu gördük... Fədayənin də, mənim də uşaqlıqdan bir qanadımız qırıq olub. Atasız uşaqlar bizi başa düşər. 
 
Sənəti buraxmadım, amma gördüm ki, toylara getməklə çətin olacaq, başladım ticarətlə məşğul oldum. Zəngin oldum, hər şeyim var idi. Sevdiyim insan 41 yaşında rəhmətə getdi".
 
İ.Fəda bacısı həbs olunandan sonra heç kimin onu toya dəvət etmədiyini söyləyib: "Demirəm, bacımın günahı yoxdur. Var ki, hüquq mühafizə orqanları onu tutub. Bacımın günahı təsdiq olunmayıb. Onun haqqında yazılanlara dözə bilmirəm. Onu necə günahlandıra bilərsiniz? Toylara belə artıq məni çağırmırlar. Fədayənin günahı var, bəs mənim? Məni artıq tədbirlərə dəvət etmirlər. 1996-cı ildən toya çağrılmışam. Nə vaxt dava salıb, adam döydürmüşəm? Mənim günahım nədir? Pul üçün heç yüngül mahnılar oxumağa qıymamışam. 
 
Bizim Fədayənin o şəxslə münasibətindən xəbərimiz yox idi. O haqda danışmaq istəmirəm. Əgər günahı varsa, istəyirəm ki, cəzasını çəksin. Yoxdursa, azadlığa çıxıb danışacaq.
 
Çörəkpulunu toydan qazanırdım. İndi onu da çox gördülər".



Xəbərin oxunma sayı : 250




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap