Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Feyziyevin 2 milyonunu ələ keçirmə ittihamı ilə 10 il həbs verilmişdi - Bəraət aldı

Tarix 27.11.23, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Məşhur "Clear” hotelin sahibi kimi tanınan Fəxrəddin Feyziyevin 2 milyondan çox pulunu dələduzluq yolu ilə ələkeçirmə ittihamı ilə 10 il azadlıqdan məhrum edilmiş Elşən İsmayılovun şikayətinə baxılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ittihamla əlaqəsiz olduğunu deyib.

Müttəhim özü də əvvəlki məhkəmədəki kimi burada da günahsız olduğunu deyərək bəraətini tələb edib.

Emin Mehdiyevin sədrlik etdiyi hakimlər heyəti müdafiə tərəfinin şikayətini əsaslı hesab edib.

Məhkəmə belə qənaətə gəlib ki, müttəhimin təqsirli olduğuna dəlalət edən kifayət qədər dəlil və sübut yoxdur. Bu əsasla E.İsmayılov barəsində bəraət qərarı çıxarılıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

İttihama görə, Elşən İsmayılov Fəxrəddin Feyziyevə Dubayda iş quracağı vədi verərək ondan 2.3 milyon manat alıb. O, sonradan vədinə əməl etməyib. Bundan başqa  E.İsmayılov başqa bir şəxsə də eyni vəd verərək 1,5 milyon manat ələ keçirib.

E.İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü- maddəsi (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, mediada yayılmış məlumatlara görə, Fəxrəddin Feyziyev və qardaşı Fikrət Feyziyev Bakıda "Clear” və "İron” hotellərin sahibi olublar. Həmçinin qardaşlar 90-cı illərdə İrana qırmızı civə satışını həyata keçirməklə yüksək gəlir əldə ediblər. Onlar 20 il əvvəl MTN tərəfindən tutulub, qısa müddət sonra azadlığa buraxılıblar.



Xəbərin oxunma sayı : 949




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap