Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Fransa “sarı jiletlilər”in ölkəyə vurduğu milyardlarla ziyanı hesablayır

Tarix 17.12.18, 17:07

Font ölçüsü : - / +
bitmap-img6


Fransa baş naziri Eduard Filip “sarı jiletlilər” hərəkatının ölkəyə vurduğu ziyanın ilkin hesablamalara görə 10 milyard avro olduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə baş nazir yerli “Les Echos” qəzetinə müsahibəsində məlumat verib.

Eduard Filipin sözlərinə görə, buraya həm iğtişaşların gedişində dəyən zərər, həm də “sarı jiletlilər”ə edilən iqtisadi güzəştlər daxildir.

“Fransa prezidenti Emmanuel Makron tərəfindən elan olunan tədbirlər 10 milyard avroya başa gələcək yük gətirəcək. Biz təxminən müəssisələr və məsrəflərlə bağlı 4 milyard avro miqdarında tədbirlər görməyi planlayırıq,”-deyə baş nazir qeyd edib.

Fransa hökumətinin başçısının qənaətinə əsasən, bu tədbirlər dövlət büdcəsindəki kəsiri 3,2% səviyyəsində saxlamağa imkan verəcək.

Qeyd edək ki, Fransada artıq 5 həftədir ki, şənbə günləri “sarı jiletli”lər küçələrə çıxaraq ölkədə benzin qiymətlərinin artırılmasına etiraz edirlər.

Lakin sonradan iqtisadi şüarlar siyasi tələblərə, hətta prezident Emmanuel Makrona istefa çağırışlarına dönüb.



Xəbərin oxunma sayı : 97




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap