Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Fransada “sarı jiletlilər” qiyamını Rusiya təşkil edib? –Makron hökuməti Moskvanın gizli iştirakını araşdırır

Tarix 12.12.18, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya təbliğatının Ukraynadakı durumu daha da qızışdırması sarıdan narahatlıq var, üstəlik, Fransadakı son iğtişaşlarda Moskvanın barmağının olması haqda da iddialar səslənir. Bu haqda “EU Observer” portalında Andrev Rettman yazır.

Rusiyanın Xarici İşlər Nazirliyi belə bir ideya ortaya atıb ki, Ukrayna ölkənin şərqində rusiyapərəst döyüşçülərə qarşı kimyəvi silahdan istifadə etməyi planlaşdırır. Rusiyanın ATƏT-dəki səfiri Aleksandr Lukaşevic noyabrda deyib ki, “Ukraynanın provokasiya hazırlamasına dair informasiya var”. Son günlər bu haqda nazirliyin sözçüsü Maria Zaxarova da danışıb.

Mənbənin deməsinə görə, Moskvanın Ukraynanın şərqində saxta kimyəvi hücum adı altında buradakı rusdilli əhalini qorumaq bəhanəsiylə silahlı müdaxilə edəcəyindən narahatlıq artır. Axı, Kreml Suriyada da bu cür davranmışdı, hücumdan öncə Kremlə bağlı media iddialar, “xəbərdarlıqlar” səsləndirirdi, mənbə söyləyib.

Azov dənizindəki insidentdə də Rusiya təbliğatı bir amil idi, AB-nin təhlükəsizlik komissarı Culian King deyib. “Bu insidentin heç nədən yarandığını düşünmüsünüzsə, yanılırsız”, – King vurğulayıb. Qeyd edək ki, noyabrın 25-də Rusiya Ukraynanın Azov dənizindəki gəmilərinə atəş açıb, dənizçilərini əsir götürüb.

Fransa isə bazar günü bildirib ki, Rusiyanın “sarı jiletlilər”in qiyamında iddia olunan rolunu araşdıracaq. Son həftələr Parisdə və digər şəhərlərdə hökumətə qarşı sosial tələblərlə etirazlar keçirilib.

“Araşdırma gedir”, – Fransanın Xarici işlər naziri Jan-Yves Le Drian yerli radiolardan birinə deyib. Bu iğtişaşları Rusiya dövlət mediasının və sosial medianın qızışdırmasına dair iddialar səslənir.

“Biz Fransa da daxil olmaqla, digər ölkələrin daxili işlərinə qarışmamışıq və qarışmayacağıq”, – Kremlin sözçüsü Dmitryi Peskov bazar ertəsi bildirib.

Müəllif isə qeyd edir ki, Rusiyanın son iki ildə Avropada və ABŞ-da seçkilərə müdaxilə etməsinə dair bir ətək sübut-dəlil var. Kreml AB və NATO-nun Qərbi Balkanlara genişlənməsini də əngəlləməyə çalışır.

“O dayanan deyil”, – Monteneqronun AB-dəki elçisi Bojan Sarkiç deyib. Monteneqro hökuməti ötən həftəki kiber hücumdan sonra hökumətin email hesablarını bağlayıb. (azadliq.org)



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap