Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Fransada erməniləri sevən xanım qalib gələrsə... – Millət vəkili

Tarix 24.04.17, 5:23

Font ölçüsü : - / +
bitmap-img6


Fransada seçkilərlə bağlı proqramı izləyirəm. Marin Le Penin və partaiyasının bu qədər güclənməsi təkcə Avropaya deyil, bütün dünyaya mesajdır.

AzFakt.com xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələrinə münasibət bildirərkən yazıb. O qeyd edib ki, Fransada radikallar güclənir:

“Əslində, Avropanın əksər ölkələrində radikallar güclənir... Avropada müsəlmanlara, o cümlədən türklərə qarşı aqressiv mövqedə olanların güclənməsi təəssüf və ciddi narahatlıq doğurur. Bütün Avropa və dünya üçün yaxşı heç nə verməyəcək gərginlik artacaq”.

Qeyd edək ki, Marin Le Pen ultrasağçı liderdir. O, miqrantlara qarşı kəskin mövqeyi ilə seçilir. Fransanın AB-dən çıxması üçün hər şeyi edəcəyini bildirən yeganə prezidentliyə namizəddir.

Hazırda səslərin 50 faizdən çoxu sayılıb və Le Pen 24,1 faizlə liderlik edir.

Le Pen həmçinin erməni sevgisi ilə seçilir. O, “Dağlıq Qarabağı Ermənistana birləşdirilməklə, bu problemi həll etmək olar” deyə beynəlxalq hüququ heçə sayan açıqlaması ilə məşhurdur.

7 mayda keçiriləcək seçkilərin ikinci turunda Le Penin rəqibi Makrona məğlub olacağı proqnozlaşdırılır. Belə ki, ikinci tura keçməyən namizədlərin bir çoxu artıq Makronu dəstəklədiyini açıqlayıb.



Xəbərin oxunma sayı : 2188




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap