Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“ Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ Arvadı Eserdən yeni villa istəyir
Axtar
 
  • / Maqazin / — 22 May 2019

    Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“

  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

  • / Maqazin / — 18 May 2019

    Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI

Güləşçimiz ermənini məğlub edərək sonda dünya çempionu oldu - VİDEO

Tarix 19.11.18, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

Fanat.Az-ın məlumatına görə, altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.

Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda Çin idmançısıyla bacarmayıb. 

İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən İsmayıl üçün bürünc medal qazanmaq fürsəti yaranıb. Amma təmsilçimizin zədəsi noyabrın 18-də təsəlliverici görüşə çıxmağa imkan verməyib.

Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz noyabrın 18-də bürünc medal görüşünə çıxıb. Qarşılaşma boyunca kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.

Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığma üzvü noyabrın 18-də finalda mübarizə aparacaq.

61 kq
1/8 final - Ruslan Qasımov - Minqu Liu (CHN) 2:6
Təsnifat - Ruslan Qasımov - Firdavs Yaraşev (UZB) 3:2

74 kq
Təsəlliverici görüş - İsmayıl Abdullayev - Navid Morad Zanqaneh (İRİ) -:+
1/4 final - İsmayıl Abdullayev - Maksim Vasilioqlo (ROU) -:+
1/8 final - İsmayıl Abdullayev - Bekzan Dambulov (KGZ) 6:3

86 kq
Bürünc medal görüşü - Murad Süleymanov - Aleksander Robert Mur (CAN) 10:0

1/2 final - Murad Süleymanov - Artur Nayfonov (RUS) 4:14
1/4 final - Murad Süleymanov - Raman Çitadze (BLR) 3:1
1/8 final - Murad Süleymanov - Hovannes Mxitaryan (ARM) 10:7

92 kq
Final - Şamil Zubairov - Aslanbek Sotiev (RUS) 13:8
1/2 final - Şamil Zubairov - Boqdan Xritsay (UKR)
1/4 final - Şamil Zubairov - Sunil Kumar (İND) 10:4
1/8 final - Şamil Zubairov - İlişkan Çilayev (KAZ) 10:0
Təsnifat - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 11:4








Xəbərin oxunma sayı : 172

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda