Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gömrük generalı İsmayıl Hüseynovun səlahiyyətləri alındı – DGK-da baş verənlərin təfərrüatı

Tarix 10.08.20, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyəti ilə bağlı araşdırmalara başlanması haqda məlumat vermişdik.

DGK-nın "qara siyahı”sına düşmüş rəsmilərindən biri də komitə sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynovdur.

Xatırladaq ki, gömrük generalının hədəfə gəlməsi onun barəsində son günlər ölkə mətbuatında haqqında yazılanlardır. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanır. Belə ki, həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumu olduğu bəlli olub.

Bundan əlavə casusluqda ittiham edilən Abbasquliyeva Lamiyə Elxan qızının dost-doğma qardaşı Emin Hacıyev Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı olub. Maraqlıdır ki, onun burada işə düzəlməsində yaxın qohumu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov həlledici rol oynayıb. İsmayıl Hüseynovun bibisioğlu olan Emin Hacıyevin hazırda axtarışa verildiyi bildirilir. Məlumata görə, 25 gün ərzində 1 300 000 manat yeyintiyə yol verən Emin Hacıyev də DGK sədrinin birinci müavini İsmayıl Hüseynova əlavə başağrısı olub.

Sfera.az-a daxil olan son məlumatda isə bildirilir ki, artıq İsmayıl Hüseynovun səlahiyyətləri əlindən alınıb. Haqqında daxili təhqiqat aparılan birinci müavinin vəzifəsinin tələb etdiyi bütün proseslərdən kənarlaşdırıldığı bildirilir.

Araşdırmaların nəticəsi olaraq general-leytenant İsmayıl Hüseynov haqda hansı qərarın veriləcəyi isə maraqla gözlənilir.



Xəbərin oxunma sayı : 2269




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap