“Niyə kiməsə görə məclisdən gedim?“ “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova Demet Akalının əri müflis oldu Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar
Axtar
 
  • / Maqazin / — 17 İyul 2018

    “Niyə kiməsə görə məclisdən gedim?“

  • / Maqazin / — 14 İyul 2018

    “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova

  • / Maqazin / — 13 İyul 2018

    Demet Akalının əri müflis oldu

  • / Maqazin / — 12 İyul 2018

    Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar

  • / Maqazin / — 10 İyul 2018

    Çinarə və Nadir arasında qalmaqal: Gəbər inşallah - VİDEO

  • / Maqazin / — 10 İyul 2018

    Roza ilə Nura arasında birincilik qalmaqalı

Günel Səfərova:“ATƏT qanunsuz seçkilərin və saxta müşahidəçiliyin qarşısını almalıdır

Tarix 13.09.17, 15:48

Font ölçüsü : - / +
bitmap-img6


Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Sentyabrın 12-də "Demokratik institutlar, demokratiya və seçkilər” mövzusunda keçirilən müzakirələrə qatılan "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova Azərbaycanda keçirilən seçkilərdən danışıb.

Hansısa bir ölkənin seçkilərdə hər hansı nöqsandan sığortalanmadığını deyən Günel Səfərova Azərbaycanda da indiyədək keçirilən seçkilərdə müəyyən nöqsanlar olduğunu vurğulayıb. G.Səfərova son parlament seçkilərində müxalifətdən namizəd olduğunu deyərək Azərbaycanda seçkilərin ümumilikdə qaydalara uyğun keçirildiyini qeyd edib: "Azərbaycanda parlament seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan yaxşı təşkil olunur. Seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilir.
Azərbaycanda qadınların seçkilərdə fəal iştirakı təqdirəlayiqdir". 

Günel Səfərova ATƏT-in Azərbaycana müşahidə missiyası göndərməməsinə əsasın olmadığını bildirib: "Hər gün insan hüquqlarının pozulduğu onlarla ölkə var. Azərbaycan isə demokratik ölkədir. Buna görə də belə münasibət bir daha ikili standartlardan xəbər verir".

"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru insan hüquqlarını qorumağı özünə vəzifə bilən beynəlxalq qurumları müharibə qurbanları olan yüz minlərlə qaçqının taleyinə biganəlikdə günahlandırıb: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin keçirdiyi fake seçkilər beynəlxalq aləmdə tanınmır. Qeyri-qanuni və saxta seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. 

Qondarma seçkilərə müşahidəçi adı altında bəzi Avropa siyasətçiləri cəlb olunur, bu xüsusda məqsədyönlü siyasət aparılır ki, qanunsuz seçkilərə legitimlik donu geyindirilsin. Bu cür davranış ATƏT-in təməlini təşkil edən Helsinki Yekun Aktına köklü ziddir. 

ATƏT bu kimi halları nəzərə almalı va qanunsuz seçkilərin və saxta müşahidəçiliyin qarşısını almalıdır". 

Günel Səfərova bir məsələni də xüsusi qeyd edib ki, bu tipli toplantılarda konfliktli regionlar haqqında danışmağı bir ölkə qadağan edə bilməz.









Xəbərin oxunma sayı : 148

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda