Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Gürcü oğruları Avropa İttifaqını təngə gətirib - Vizasız rejim ləğv oluna bilər

Tarix 11.02.21, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


Avropa boyunca İtaliya, Fransa, Polşa, Belçika, Sloveniya və Yunanıstan hüquq-mühafizə orqanlarının genişmiqyaslı “Qanuni oğru” və “Bratva-35” əməliyyatlarının gedişində Gürcüstandan olan 45 nəfər həbs edilib. Həbs edilənlərin hamısı ev oğurluğunda və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, əməliyyat bu ölkənin Avropa dövlətlərindəki polis attaşelərinin bilavasitə iştirakilə həyata keçirilib. Tbilisidən verilən bəyanatda bu əməliyyatlar gürcü kriminal dəstələrinə qarşı tədbir adlandırılır.

Gürcüstan DİN bildirir ki, son bir neçə il ərzində Avropa İttifaqında oturuşmuş cinayətkarlar barədə bütün məlumatı Brüsselə veriblər. Bura onların barmaq izləri, fotoşəkilləri və sair məlumatlar da daxildir. Gürcüstan bu ölkənin kriminal elementləri barədə məlumatları vaxtaşırı Avropa İttifaqı orqanlarına təqdim edir.

Bu da qeyd olunur ki, Gürcüstan əsilli şəxslər Avropa İttifaqı ölkələrində əsasən ev oğurluğu ilə məşğul olurlar.

Tbilisi Gürcüstan vətəndaşları ilə bağlı problemlərin bu ölkənin Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin ləğv olunması ilə nəticələnə biləcəyindən narahatdırlar. Belə bir addımın atılması barədə təşəbbüslə indiyədək Fransa, İtaliya və Almaniyanın daxili işlər orqanları çıxış ediblər. (azadliq.org)



Xəbərin oxunma sayı : 22999




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap