Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Gürcüstanda müxaliflərlə polis arasında qarşıdurma oldu –Səbəb + FOTO

Tarix 16.12.18, 14:48

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları ilə polis əməkdaşları arasında Qurcaani rayonunda qarşıdurma baş verib.

Buna səbəb Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi ilə bağlı Telavi şəhərinə gedən yolun bağlanmasıdır.

Müxalifətçilər Telavi şəhərində aksiya keçirmək məqsədilə avtomobil karvanları ilə yola çıxıb. Polis onlara Telavi şəhərinə başqa yoldan istifadə etməklə getmələrini təklif etsə də, aksiya iştirakçıları buna razı olmayıb.

VMHP-nin üzvləri polis kordonunu avtomobillərlə yarmağa cəhd edib. Prezidentliyə namizəd olmuş Qriqol Vaşadze də hadisə yerindədir.

Hazırda polis Telavi şəhərinə gedən yolu avtobuslarla bağlayıb. Aksiya iştirakçıları avtobuslardan birini aşırmağa cəhd edilər. Onlar avtobusun şüşələrini sındırıblar.

Qeyd edək ki, Gürcüstanın birləşmiş müxalifəti Telavidə prezidentin andiçmə mərasiminin keçiriləcəyi yerin yaxınlığında prezident seçkilərinin nəticələrinə etiraz olaraq dinc aksiya keçirməyi planlaşdırır. Gürcüstanın Daxili İşlər Nazirliyi andiçmə mərasimi ilə bağlı Kaxeti bölgəsi istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyub/Report.



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap