Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Gözyaşardıcı qazlar niyə təhlükəlidir? - VİDEO

Tarix 05.01.25, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Son dövrlər sosial şəbəkələrdə gözyaşardıcı qazların satışına dair elanların artdığının şahidi oluruq. Özünümüdafiə vasitəsi kimi tanıdılan bu qazların satışı qanunla tənzimləndiyi halda hər kəsə sərbəst şəkildə təqdim edilməsi ciddi problemlərə yol aça bilər.

Bəs gözyaşardıcı qazlar insan sağlamlığına necə təsir edir? Onların istifadəsi hansı risklər doğurur?

Həkim Abbas Bağırovun sözlərinə görə, gözyaşardıcı qazlar göz qişasının zədələnməsinə gətirib çıxarır.

Bu qazlar xüsusilə göz müalicəsi alan, yeni göz əməliyyatı olan biri üçün ağır fəsadlara yol aça bilər.

Hüquqşünas Vüsal Cəfərov deyir ki, gözyaşardıcı qazlar sağlamlığa təhlükə yaratdığı kimi onların dövriyyəsinin də bir o qədər hüquqi məsuliyyəti var.

Hüquqşünas bildirir ki, gözyaşardıcı qazları qanunsuz ticarət edənləri 1 ilədək həbs cəzası gözləyir.

"Xidməti və mülki silah haqqında qanunvericiliyə əsasən, gözyaşardıcı qazların satışı, istifadəsi qadağandır. Yalnız hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu qazdan istifadəsi qanunauyğundur", - V.Cəfərov əlavə edib.

Gözyaşardıcı qazdan ən çox kütləvi etirazlar, iğtişaşlar və ictimai təhlükə yaradan qanunsuz hərəkətlərin qarşısını almaq üçün istifadə olunur. Bu qaz öldürücü təsir göstərməsə də, ondan zəhərlənmək mümkündür.

Odur ki qanunla qadağa olunan məhsulun istifadəsindən yayınmaq məsləhət görülür.

Daha ətraflı Baku TV-nin materialında:





Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap