Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir - VİDEO

Tarix 06.01.25, 23:01

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada yeni metapnevmovirus adlı respirator virus yayılıb.

AzFakt.com Xezerxeber.az-a istinadən məlumatına görə, Çində aşkarlanan yeni virusa Qazaxıstan, Qırğızıstan, Rusiya və Hindistanda da yoluxma qeydə alınıb.

İnfeksionist Vasif Əliyev “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, virusun dünyanın bir çox, hətta Azərbaycana yaxın ölkələrdə də yayılması müşahidə olunsa da, ÜST bununla bağlı hələlik açıqlama verməyib. Xəstəliyin təfərrüatlı statisik məlumatları açıqlanmasa da, Azərbaycanda yayılma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, bəzi şəxslər üçün isə bu virusa yoluxma ölümlə nəticələnə bilər.

İnfeksionist qeyd edib ki, metapnevmovirus infeksiyasının müalicəsi zamanı bəzi dərmanlar effektiv olsa da, peyvəndi mövcud deyil. Yoluxmadan yayınmaq üçün koronavirus dönəmində olduğu kimi gigiyenik qaydalara riayət etmək vacibdir.

Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.

Daha ətraflı videoda:





Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap