|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Gəncədə 62 yaşlı kişi tərəfindən zorlanan 17 yaşlı qız hamilə qaldı - MƏHKƏMƏ İŞİ
Tarix 29.11.22, 16:50 |
|
Gəncə şəhərində 1960-cı il təvəllüdlü Ayaz qonşusunun 17 yaşlı qızı Leylaya (adlar şərti verilib - red.) təcavüz edib.
Teleqraf.com xəbər verir ki, Ayaz 2021-ci ilin avqust ayının əvvəlində, günorta saatlarında uşaq serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə Gəncə şəhəri 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının nevrologiya şöbəsində qeydiyyatda olan, 2005-ci il təvəllüdlü Leylanı zorlamaq qərarına gəlib.
Ayaz Leylanın evinə təkbaşına su apararaq darvazadan içəri girdiyini görüb. O, evdə başqa şəxslərin olmadığına əmin olduqda həyətə keçib. Leylanı zor tətbiq edəcəyi ilə hədələyib, onunla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1985-ci ildə ailə qurub və həmin nikahdan üç övladı doğulub.
Ayazın ifadəsinə görə, Leylanın anası Pəri onun qonşuluğunda yaşayıb: “Pərini təxminən 30 ildən artıqdır tanıyıram. Onun evi ilə mənim evimin ara məsafəsi təxminən 200-250 metrdir. Heç vaxt ədavətimiz və ya düşmənçiliyimiz olmayıb. Pəri ata evində övladları Leyla və Ləman ilə birlikdə yaşayıb. Qonşu kimi onların evində elektrik işi görmüşəm, odun doğramışam, nə vaxt çağırıblarsa, onlara əlimdən gələn köməyi etmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci il yanvar ayının 15-də “Məktəb” küçəsində arxın üzərində dəmir körpü düzəldərkən Pəri və qızı Ləman onu nalayiq ifadələrlə təhqir ediblər:
“Onlar Leylanın hamilə olduğunu, mənim Leylanı zorladığımı dedilər. Mən isə Pəri və qızı Ləmana etiraz etdim, heç vaxt elə bir iş görmədiyimi söylədim. Leyla ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ona qarşı zorakılıq hərəkətləri etməmişəm”.
Ayaz əlavə edib ki, Leylaya heç bir hədə-qorxu gəlməyib:
“Leylanın mənim adımı niyə çəkdiyini anlamıram. Onlara heç bir pisliyim dəyməyib. Leylanın hamilə qalmasının mənə aidiyyəti yoxdur”.
Cinayət işi üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, anası Pəri və bacısı Ləman ilə birlikdə yaşayır:
“Atam 2014-cü ildə dünyasını dəyişib. Ailəmizdə kişi olmadığından və maddi imkanlarımızın zəifliyindən qonşular mütəmadi olaraq bizə kömək edərək ərzaq gətiriblər. Bizə maddi dəstək göstəriblər. Qonşu Ayaz bizə ev işlərində köməklik edib. Evimizə anamın çağırışı əsasında gəlib, evdə təmir işləri görüb, həyətimizdə ağacların budanmasına yardım edib”.
Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin avqust ayının əvvəllərində anası Pəri və bacısı Ləman göz həkiminə gediblər:
“Mən anamın tapşırığı ilə küçəyə gələn su maşınını gözlədim. Təxminən günorta saatlarında maşın yaşadığımız küçəyə gəlib siqnal verməyə başladı. Evdə olan su qablarını götürərək darvazadan çölə çıxdım.
Səkkiz ədəd kiçik su qabını doldurdum və iki-iki olmaqla evə daşımağa başladım. Sonuncu iki su qabını evin darvazasından içəri aparanda arxamca kiminsə gəldiyini hiss etdim. Əlimdəki su dolu qabları yerə qoydum, qapını bağlamaq istəyən zaman Ayaz əli ilə ilk öncə qolumdan tutdu, daha sonra saçımı yoldu. O, səsimi çıxarmamağımı söylədi, baş nahiyəmə şillə ilə vuraraq səsimi çıxaracağım halda məni öldürəcəyini bildirdi.
Asta səslə evdən getməsini söylədim. Dəfələrlə deyib yalvarsam da, Ayaz sözlərimə məhəl qoymadı. Saçımdan tutaraq məni pilləkənlə evə qaldırdı, qonaq otağına apardı.
Məni divana doğru itələdi, zərbənin təsirindən divana sarı getdim. Ağlaya-ağlaya Ayaza yalvardım ki, məni buraxsın. Amma sözlərimə məhəl qoymadı. Məni soyundurdu, sonra özü də soyundu. Mənimlə cinsi əlaqədə oldu”.
Zərərçəkmiş bildirib ki, Ayaz onunla cinsi əlaqədə olandan sonra paltarını geyinib və bu barədə kiməsə məlumat verəcəyi halda onu öldürməklə hədələyib:
“Ayazın evimizə yenidən gəlməsindən, məni öldürməsindən qorxdum. Həmçinin utandığımdan anama, bacıma və heç kəsə bu barədə məlumat vermədim. Sonrakı günlərdə məndə ürək bulantısı və halsızlıq oldu. Anam bir neçə dəfə evə təcili tibbi yardım çağırdı. Həkimlər müəyyən dərmanlar təyin etdilər, dərmanları qəbul etdim.
Sonrakı günlərdə Ayaz qarşımı kəsdi, mənə qarşı etdiyi təcavüzlə bağlı heç kəsə məlumat verməməyi bildirdi, əks halda məni öldürəcəyini söylədi. Yenə də qorxudan bu barədə heç kəsə məlumat vermədim. Bir müddətdən sonra qarnım böyüməyə başladı. Anam və bacım narahat olduğundan məni Gəncə şəhər A.Səhhət adına xəstəxanaya apardılar. Həkim müayinəsi zamanı 22 həftəlik hamilə olduğum aydınlaşdı. Anam və bacım məni xəstəxanada danışdırdılar. Onlara olanları danışdım, Ayaz tərəfindən zorlandığımı söylədim”.
Cinayət işi üzrə ifadə verən Pərinin sözlərinə görə, əri xərçəng xəstəliyindən dünyasını dəyişib. O, ifadəsində qeyd edib ki, Leylanın Ayaz tərəfindən zorlanmasını biləndən sonra polisə müraciət edib.
Cinayət işində olan ekspertizasına dair rəyində görünür ki, Leylanın bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməyib.
Bundan başqa, rəydə qeyd olunub ki, Leylanın qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu onunla pozulmadan cinsi əlaqəyə girməyə imkan verir.
Həmçinin rəydə göstərilib ki, Ayazın Leyla ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməyib.
Digər bir ekspert rəyinə görə, Leylanın bətnində olan qadın cinsindən olan uşağın bioloji atası Ayazdır.
Ayaz 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 712
Hadisə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV