Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gəncənin təhsil şefi iki deputatı üz-üzə qoydu - Direktorun intihara cəhdi həmkar intriqasını faş etdi

Tarix 29.06.22, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva intihara cəhd etmiş, buna səbəb kimi də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirməsi, hətta şantaj vasitələrinə əl atmasını göstərmişdi.

Məsələyə münasibət bildirən deputat Etibar Əliyev, “Anar Qədimalıyev ölkədə orta təhsilin dağıdıcılıq missiyasını həyata keçirən “5-ci kolon”un görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın ən yaxın sirdaşıdır, Bakıya gələn kimi ilk yolunu Məhəbbət Vəliyevanın dəbdəbəli ofisinə salır”, – deyə qeyd etmişdi.

Qeyd edək ki, intihara cəhd edən direktor və sözügedən təhsil idarəsi, həmçinin oranın rəhbəri mətbuata açıqlamalarla çıxış edərək qarşılıqlı ittihamlar səsləndiriblər.

Məsələyə münasibət bildirənlərdən biri də deputat Müşfiq Cəfərov olub. Maraqlısı isə budur ki, Müşfiq Cəfərov həmkarı Etibar Əliyevdən fərqli mövqe sərgiləyib. Müşfiq Cəfərovun sözlərindən anlaşılır ki, o, Etibar Əliyevi hədəf seçib:

“Bu cür məsələlərdə tələsmək lazım deyil! Anar Qədiməliyevi son 3 gündə intiharın səbəbkarı kimi cəmiyyətə təqdim etdilər, bir sözlə sanki bu günahkarmış. Ancaq bu yazını oxuduqda və faktları gördükdə artıq tam başqa bir mənzərə ortaya çıxır. Bu gün hər birimizin bir istəyi var, o da təhsilin keyfiyyətinin yüksəlməsi, təhsildə olan ciddi problemlərin aradan qaldırılması. Onu da bugünkü təhsil naziri və onun komandası bacardığı qədər etməyə çalışır. Bütün bu islahatları aparmaq üçün təhsil sahəsində şəffaflıq təmin edilməli, rüşvət və korrupsiya halları aradan qaldırılmalıdır. Artıq hər bir kəs bilməlidir ki, bu çirkabdan əl çəkmək və gələcəyimizin əsasını qoyan təhsil sahəsində gedən islahatlara dəstək olmaq lazımdır. İnanıram ki, Emin müəllim və onun komandası cənab Prezidentin verdiyi tapşırıqların öhdəsindən ləyaqətlə gələcək və təhsilimizi istədiyimiz səviyyəyə çatdıracaq!”

Qeyd edək ki, sosial şəbəkələrdə bu gün Anar Qədiməliyevin müdafiəsinə qalxanlara nəzər saldığımız zaman bu və ya digər formada Amerika səfirliyi ilə bağlantıları olduğunu görürük.(yenicag.az)





Xəbərin oxunma sayı : 667




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap