Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

General Polad Həşimovun komandiri olduğu şəhid baş leytenant... - FOTOLAR

Tarix 06.01.21, 10:52

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabad rayonunda doğulub boya-başa çatan baş leytenant Kərimov Asif Məmməd oğlu hərb tariximizə Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən zabitlərindən biri kimi düşüb.

“Report” xəbər verir ki, Asif Kərimov 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Neft Akademiyasında təhsil alıb.

Qardaşı Fəttah Kərimov deyir ki, Asifdə həmişə birinciliyə can atmaq istəyi var idi. Komandiri, şəhid general-mayor Polad Həşimov şəhid olduqdan sonra Asif daim əsəb, narahatlıq hissləri keçirirdi. Deyirdi ki, Ali Baş Komandanımız nə vaxt əmr versə, cəbhəyə gedərək döyüşlərə qoşulacam.

O, belə də edir. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda çoxları kimi Asif Kərimov da könüllü olaraq döyüşlərə qoşulur.

Cəsur baş leytenant nəinki Vətən Müharibəsinin gərgin döyüşlərində daim öndə olur, həm də fədakarlığı ilə qısa zamanda nümunəvi zabitlərdən birinə çevrilir.

Bir sıra ağır döyüşlərdən üzüağ çıxan zabitimiz ötən ilin noyabrında Şuşa ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Asif Kərimov doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.

Cəsur zabitimiz göstərdiyi igidliklərə görə, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Asif Kərimov ailəli idi, 1 qız və 1 oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!








Xəbərin oxunma sayı : 661




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap