Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hüquq müdafiəçiləri Prezidentin köməkçisi ilə görüşdü: “Fuad müəllim bizi ətraflı dinlədi...“

Tarix 13.03.19, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


İnsan Haqları üzrə İşçi Qrupunun üzvləri, tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı martın 13-də Azərbaycan prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Fuad Ələsgərovla görüşüblər.

Bu barədə "Yeni Müsavat”a Novella Cəfəroğlu məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, Fuad Ələsgərovla görüşdə çoxsaylı məsələlərlə bağlı ətraflı söhbət olub: "Həm siyasi məhbuslar məsələsi, həm QHT-lərin durumu, həm Qarabağ məsələsi ilə bağlı, bir sözlə çox məsələlər ətrafında söhbət etdik. Fuad müəllim bizi ətraflı dinlədi, fikir mübadiləsi apardıq”.

Prezidentin əfv sərəncamını imzalayacağını gözlədiklərini deyən Novella Cəfəroğlu qeyd etdi ki, məhbuslar siyahısını Əfv Komissiyasına təqdim ediblər və siyahının hamısına baxılıb. Konkret kimlərin əfv siyahısında olacağını isə cənab prezidentin əfv sərəncamı veriləndə ictimaiyyət biləcək.

N.Cəfəroğlu vurğuladı ki, əfv sərəncamından sonra hüquq müdafiəçiləri olaraq mətbuat konfransı keçirməyi planlaşdırıblar.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap