Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hacıbala Abutalıbov vəkillərin etiraz mitinqinə icazə vermədi – Aksiyanı məqsədəuyğun saymayıb

Tarix 18.11.17, 2:30

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt meriyası bir qrup hüquqşünasın Bakının Yasamal rayonunda "Məhsul" stadionunda mitinq keçirmək barədə müraciətinə imtina cavabı verib.

Mitinq keçirilməsi zərurəti Milli Məclisin qanunvericiliyə nümayəndəlik institutunu faktiki olaraq ləğv edən düzəlişləri qəbul etməsindən, prezident İlham Əliyevin isə onları təsdiq etmsindən sonra yaranıb. Düzəlişlərə əsasən, gələn il yanvarın 1-dən etibarən məhkəmələrdə vətəndaşları yalnız onlar özləri, yaxın qohumları və Vəkillər Kollegiyasının üzvləri təmsil edə bilər. Gələn ildən hüquqşünaslar üçün məhkəmələrə giriş bağlanır. Hələ düzəlişlər qəbul edilməzdən əvvəl ekspertlər qeyd edirdilər ki, kifayət qədər vəkilin olmaması ölkənin bütün hüquq sisteminin kollapsına səbəb olacaq. Buna cavab olaraq hakimiyyət bu yaxınlarda keçiriləcək Kollegiyaya qəbul imtahanından sonra vəkillərin sayı artacaq. Amma hüquqşünasların əksəriyyəti bununla razılaşmayıb və etiraz mitinqi keçirməyi qərara alıb, bu barədə Bakı meriyasına məktub göndərib.

Bir həftə sonra paytaxtın rəhbər orqanı hüquqşünaslara imtina cavabı verib, bunu prezidentin düzəlişlər edilməsini təsdiq etməsi, buna görə də mitinq keçirilməsinin artıq məqsədəuyğun olmaması ilə əsaslandırıb və təşkilatçıların iştirakçıların dəqiq sayını göstərmədiyini əlavə edib. Aksiya təşkilatçılarından biri, hüquqşünas Xalid Bağırov Turan-a bildirib ki, müraciətdə iştirakçıların maksimum sayı 5 min nəfər göstərilib. Buna görə imtinanın əsl səbəbi hakimiyyətin belə bir mitinqə yol verməmək istəyidir. "Onlar hüquqşünasların bu formada etiraz etməsini istəmir", – deyə Bağırov qeyd edib.

Bağırov əlavə edib ki, hazırda hüquqşünasların gələcək addımları müzakirə olunur. "İndi biz meriyaya mitinq keçirilməsi haqqında təkrar müraciəti, habelə digər etiraz formalarını müzakirə edirik. Təbii ki, biz məhkəməyə müraciət edəcəyik, çünki meriya öz imtinası ilə toplaşmaq azadlığını pozub.

Bundan başqa, biz bu işin bəzi aspektləri ilə bağlı Konstitusiya Məhkəməsinə, habelə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi planlaşdırırıq", – deyə Bağırov əlavə edib. Onun fikrincə, imtinanın əsl səbəbi mitinqin məhkəmə təcrübəsi ilə məşğul olan bir qrup hüquqşünas tərəfindən planlaşdırılması və qanunveiciliyə dəyişikliyin bir sosial qrupun maraqlarına toxunmasıdır. Qanunvericiliyə dəyişikliklərə əsasən, fiziki şəxslərin yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirakına icazə verilir. Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 



Xəbərin oxunma sayı : 118




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap