Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hacıqabulda polisdən silsilə əməliyyatlar: Saxlanılanlar var - FOTO

Tarix 16.03.24, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


Hacıqabulda polis silsilə əməliyyatlar keçirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini Baxşıyev Natiq rayon ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram olan heroin, tiryək və marixuana aşkar edilib.

N.Baxşıyev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Digər əməliyyat tədbirləri zamanı Navahı kənd sakinləri Gözəlov Müşfiq və Əliyev Məhəmməd də saxlanılıblar. Hər iki şəxsdən satış məqsədilə əldə etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən son bir ay ərzində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb, onlardan 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülüb.

Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən tədbirlər zamanı rayon sakini Şəmsəddin Qasımov da saxlanılıb. Sonuncudan bir ədəd “F-1” əl qumbarası və beş ədəd patron aşkarlanaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.





Xəbərin oxunma sayı : 775




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap