Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hakim partiya istefa üçün vaxt qoydu, prezident aclıq aksiyasına başladı:“Həqiqət uğrunda ölümə hazıram“

Tarix 20.11.17, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe ev həbsində saxlanmasına etiraz olaraq aclıq aksiyası elan edib.

Bu barədə bu gün "Daily Mail” qəzeti Zimbabve prezidentinin aiə üzvlərindən birinə istinadən məlumat yayıb.

Qida qəbulundan imtina edən R. Muqabe "həqiqət uğrunda ölüm”ə hazır olduğunu bəyan edib. 

Zimbabvenin hakim Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhə Partiyasının üzvlərindən biri isə R. Muqabenin tək aclıq elan etmədiyini, danışmaqdan da imtina etdiyini bildirib.

Zimbabvenin hakim Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhə Partiyası isə prezident Robert Muqabeni sabah saat 12.00-a qədər istefa verməyə çağırıb.

Bu, partiyanın Mərkəzi Komitəsinin bu gün keçirilən xüsusi iclasında qəbul edilən qətnamədə əksini tapıb.

Qətnamədə qeyd edilib ki, əks halda prezidentin impiçmenti prosesinə başlanacaq. 

Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan çıxarılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb/APA.



Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap