| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Hansı mil kart sərfəlidir? - Araşdırma
Tarix 28.08.19, 18:42 |
|
Təyyarə bileti almağın yollarından biri də, mil kartlardan birinə sahib olmaqdır. Belə kart vasitəsilə edilən ödənişlər millər qazandırır və toplanan millər təyyarə biletinə dəyişdirilir.
Azərbaycanda mil kartları təklif edən bankların sayı artır. Hazırda banklardan “Premium Bank” “AZAL Miles” kartlarını, “Unibank” “Unimiles” kartını, “KapitalBank” “BirKart Miles” kartını və “PAŞA Bank” "Turkish Airlines Miles&Smiles" kartlarını müştərilərə təklif edir. “PAŞA Bank” və “Premium Bank” mil kartları hava yolları şirkətilə birgə layihə çərçivəsində təklif edirlər.
“Marja.az” bu kartları araşdıraraq üstün və çatışmayan tərəflərini müəyyən edib.
MİL KARTLARI VƏ QİYMƏTLƏRİ
İlk növbədə kartların qiymətlərindən başlayaq. Mil kartların qiymətləri kartın müddətinə, növünə və təqdim etdiyi imkanlara görə dəyişir.
Bazarda ən ucuz debet mil kart “Premium Bank”, ən baha mil kart isə PAŞA Bank tərəfindən təklif olunur.
“Premium Bank”ın təklif etdiyi “AZAL Miles” fəqrli sayda millər qazandıran "Standard", "Gold" və “Premium” versiyalardadır. "Standard" versiya mil kartlar 40 və 50 manata, "Gold" mil kartlar 100 və 120 manata, “Premium” mil kartlar isə 200 və 250 manatadır. Kartlar 2 illik və 3 illikdir.
“Unibank”ın təklif etdiyi “Unimiles” kartının qiyməti 100 manatdır.
“KapitalBank”ın təklif etdiyi “BirKart Miles” kartı da bir versiyadadır və qiyməti 80 manatdır. “BirKart Miles”ı taksit kartı olaraq da almaq olar. Lakin kartın debet və ya taksit kartı olması millərin hesablanmasına təsir etmir.
“PAŞA Bank Miles&Smiles” 2 növdədir: Qiyməti 250 manat olan “Black Edition” və qiyməti 600 manat olan “World Elite”. Daha sürətli mil toplamaq istəyirsinizsə “World Elite” kartını əldə edə bilərsiniz.
Qeyd edək ki, kartın qiymətinin aşağı olması həmin mil kartı almaq üçün əsas şərt deyil. Bahalı kartlar həm çox mil qazandırır, həm də əlavə imkanlar və imtiyazlar təqdim edir.

Qeyd edək ki, “Premium Bank” və “Unibank” həm “Visa”, həm “MasterCard” ilə, “KapitalBank” və “PAŞA Bank” isə yalnız “MasterCard” ilə mil kartı təklif edir.
KARTIN VALYUTASI VƏ KONVERTASİYA KOMİSSİYASI
“KapitalBank” və “Premium Bank” 3 valyutada (Manat, Avro və Dollar), “Unibank” 4 valyutada, “PAŞA Bank” isə yalnız milli valyutada mil kart təklif edirlər. Yəqin ki, “AZN valyutasında kart alsam xaricdəki ödənişlərimə görə konvertasiya haqqı ödəyəcəm” ağlınıza gəldi. Düzgün fikirləşmisiniz. Məsələn, AZN valyutasında “AZAL Miles”, “Bir Kart Miles” və “Unimiles” kartları ilə xaricdə nağdsız əməliyyatlar aparsanız komissiya ödəməli olacaqsınız (əməliyyatın 0,5%-inədək). Yalnız “PAŞA Bank Miles&Smiles” kartında bankın konvertasiya komissiyası yoxdur. Bir neçə valyutada mil karta sahib olmaqdansa, “PAŞA Bank Miles&Smiles” kartını əldə edərək həm Azərbaycanda, həm xaricdə komissiya ödəmədən əməliyyatlar aparmaq mümkündür.
MİL KART ALAN ZAMAN ƏSAS NƏLƏRƏ FİKİR VERMƏK LAZIMDIR?
Daha çox mil qazandıran və POS-terminallarının sayı daha çox olan bankın kartını almağı tövsiyə edirik. Çünki, kartın alındığı bankın POS-terminalları ilə ödənişlər zamanı yüksək, digər bankların POS-terminalları ilə ödənişlər zamanı aşağı əmsallar ilə millər hesablanır. Xüsusilə tövsiyə edirik ki, mağazada ödəniş zamanı mil kartı aldığınız bankın POS-terminalının olub-olmadığını soruşun.
Son vaxtlar daha çox ticarət və xidmət məntəqələrində “PAŞA Bank”ın POS-terminallarına rast gəlirik. Deməli, bu baxımdan “PAŞA Bank Miles&Smiles” kartı önə çıxır.
HANSI KART DAHA SƏRFƏLİDİR?
Araşdırmamıza görə, eyni xərc qarşılığında “PAŞA Bank Miles&Smiles” və “BirKart Miles” ilə daha çox mil toplamaq olar. Həmçinin, “PAŞA Bank Miles&Smiles” kartında kommunal və ipoteka ödənişlərinə görə də millər hesablanır. “BirKart Miles”da kommunal ödənişlər zamanı da mil qazanmaq üçün əməliyyatları “BirBank” mobil proqramı vasitəsilə aparmaq lazımdır.
“AZAL Miles” və “Unimiles” kartları əməliyyatlar qarşılığında aşağı əmsallar ilə millər təklif etsələr də, bilet üçün daha az sayda millər tələbi də müəyyən edilib.
Xərclənən hər 1 AZN qarşılığında “BirKart Miles” kartında daha yüksək əmsallar ilə (ölkədaxili əməliyyatlara görə 1 mil və ölkəxarici əməliyyatlara görə 1,5 mil) millər hesablanır. Amma milləri hər hansı aviabiletə dəyişən zaman balansdan daha yüksək sayda mil silinir (65 mil=1 AZN).
“Unimiles” kartı ilə aparılan nağdsız əməliyyatlar üzrə daha az mil toplanır, eyni zamanda milin aviabiletə çevrilməsi zamanı az sayda da mil tələb olunur (50 mil = 1 AZN).
Məsələn, 500 manatlıq gediş-dönüş aviabileti əldə etmək üçün “Unimiles” kartında 25.000 mil, “BirKart Miles” kartında 32.500 mil tələb olunur.
“Unimiles” kartı ilə ödənişləri “Unibank”a məxsus olmayan POS-terminallarda və qeyri-partnyor mağazalarda etsəniz 25.000 mili toplamağınız üçün 250 min manatlıq nağdız ödəniş etməlisiniz.
“BirKart Miles” kartının milləri ilə 500 manatlıq aviabileti əldə etmək üçün bu kart vasitəsilə ölkə daxilində ən azı 32 min 500 manat nağsız ödənişlər aparmalısınız. Nəzərə alınmalıdır ki, “BirKart Miles” kartının etibarlılıq müddəti 2 ildir. Yuxarıda qeyd edilən məbləğlərdə ödənişlər 2 il ərzində həyata keçirilməlidir.
Tələb olunan milləri “Unimiles” və ya “BirKart Miles” kartı ilə daha az xərcləyərək də toplaya bilərsiniz. Bunun üçün alış-verişlərinizi “Unibank” və “KapitalBank”ın partnyorlarından etməlisiniz. Reallıqda, bu, hər zaman mümkün olmur.
Mil kartların partnyorlarında qazanılan millərin sayı ticarət və xidmət sahəsinə, həmçinin brendlərə görə dəyişir.
MİLLƏR BİLETƏ NECƏ ÇEVRİLİR?
Azərbaycan banklarının mil kartları milləri aviabiletə dəyişilməsi qaydasına görə 2 yerə ayırılır:
1.İlk öncə müştərinin öz vəsaiti hesabına istənilən hava yollarından bilet alınır və sonra toplanmış millər aviabiletlə əvəzləşdirilir.
2. Toplanmış millər birbaşa təyyarə biletinə konvertasiya edilir.
“BirKart Miles” və “Unimiles” kartlarında 1-ci hesablama qaydası tətbiq edilir. İlk olaraq istənilən aviabilet “BirKart Miles” və ya “Unimiles” kartı ilə müştərinin öz vəsaiti hesabına nağdsız olaraq əldə olunur. Daha sonra Şəxsi Kabinetdə aviabiletin alınmasına xərclənmiş məbləğ millərə dəyişdirilir.Yəni aviabilətə xərclənən məbləğ millərlə əvəzləşdirilərək karta geri qaytarılır.
“PAŞA Bank Miles&Smiles” və “Premium Bank Miles” kartları müvafiq olaraq Türk Hava Yolları və Azərbaycan Hava Yolları ilə birgə (co-brend) kartlar olduğundan millərin aviabiletə dəyişdirilməsi zamanı 2-ci hesablama forması tətbiq edilir. Belə ki, hər bir coğrafi istiqamət üzrə müəyyən sayda millər müəyyən olunmuşdur. Topladığınız millərin qarşılığında hara bilet ala biləcəyinizi bilirsiniz (Ətraflı aşağıda ). “PAŞA Bank” Miles&Smiles” kartı ilə toplanmış milləri Türk Hava Yollarının mobil proqramı vasitəsilə bir neçə dəqiqə ərzində aviabiletə dəyişmək mümkündür.
BERLİNƏ BİLET ALMAQ ÜÇÜN KART İLƏ NƏ QƏDƏR ÖDƏNİŞLƏR LAZIM GƏLİR?
Yuxarıda qeyd etdiyimiz kimi, “PAŞA Bank” Miles&Smiles” və “Premium Bank Miles” kartları birgə (co-brend) kartlar olduğundan millərin aviabiletə dəyişdirilməsi üçün istiqamətlər üzrə müəyyən sayda millər təyin olunmuşdur. Məsələn, “PAŞA Bank Miles&Smiles” kartında milləri Avropa istiqamətində “Ekonom” sinif biletlərə dəyişən zaman 15.000 – 26.000 mil tələb olunur. “Business Class” və “First Class” biletlər, Amerika və Asiya ölkələrinə biletlər almaq üçün daha çox millər tələb olunur (25.000 – 255.000).
Almaniyaya (Berlinə) bilet əldə etmək üçün “PAŞA Bank” Miles&Smiles” kartı ilə 20.000 mil toplamaq lazımdır. Yalnız PAŞA Bank POS-terminalları vasitəsilə ödənişlər aparsanız bu sayda mili “Black Edition” kartı ilə toplamaq üçün 30 min manatlıq, “World Elite” kartı ilə toplamaq üçün 10 min manatlıq nağdsız ödəniş aparmalısınız (“Welcome” milləri nəzərə alınmaqla).
Türkiyə şəhərlərinə səyahət biletini “PAŞA Bank” Miles&Smiles” kartı ilə daha az millərə almaq mümkündür. Məsələn, Türkiyəyə “Economy Class” bilet üçün 7.600 mil tələb olunur. “Black Edition” kartı ilə təxminən 5500 manatlıq, World Elite” kartı ilə təxminən 8000 manatlıq nağdsız ödənişlər etməklə bu sayda milləri toplamaq olur.
Xüsusilə qeyd edək ki, “PAŞA Bank Miles&Smiles” kartını daha bahalı biletləri əldə etmək üçün almaq sərfəlidir. Əgər alacağınız aviabiletin qiyməti 250 manat və 600 manatdan yüksəkdirsə, eyni zamanda tez-tez kart vasitəsilə yüksək məbləğdə ödənişlər aparırsınızsa “PAŞA Bank Miles&Smiles” kartını almağınız məqsədəuyğundur.
“AZAL Miles” kartında hər 1 mili qazanmaq üçün daha yüksək məbləğdə ödəniş (6-13 manat) şərti olsa da, aviabileti daha az millərə əldə etmək mümkündür. Məsələn, Berlinə “Ekonom” sinif üçün tək istiqamət gediş-dönüş bileti 3200 milədir. Berlinə bilet üzrə lazım olan milləri yığmaq üçün “AZAL Miles” kartından asılı olaraq təxminən 35 min - 42 min manatlıq nağdız ödənişlər etmək lazımdır.
Ankara, Sankt Peterburq və Tiflisə mil ilə bilet almaq “AZAL Miles” kartı ilə daha sərfəlidir. Bu istiqamətlər üzrə millər toplamaq üçün təxminən 8 min - 28 min manatlıq nağdsız ödənişlər kifayət edəcəkdir.

HANSI KART NƏ QƏDƏR MİL HƏDİYYƏ EDİR?
Mil kartları alan zaman “Xoşgəldin” millərinin hədiyyə olunması təcrübəsi mövcuddur. Azərbaycanda təklif olunan mil kartları arasında ən çox “Xoşgəldin” milini “PAŞA Bank” və “KapitalBank” təqdim edir.

AVANS MİLLƏR
Yaxın günlərdə səyahət etməyiniz lazımdır, amma bilet almağa çatacaq qədər miliniz yoxdur. Belə vəziyyətdə avans milləri istifadə edə bilərsiniz. Azərbaycan banklarının mil kartları arasında “Avans millər” imkanı yalnız “PAŞA Bank Miles&Smiles” kartında mövcuddur. Tutaq ki, Londona getmək istəyirsiniz və bu şəhərə bilet almaq üçün 30.000 mil tələb olunur. Lakin sizin miliniz 20.000-dir. Bu halda “PAŞA Bank” sizə çatışmayan 10.000 mili borc verə bilər. Siz sonra kartınızla ödənişlərinizə davam edərək borc aldığınız milləri qaytarırsınız.
“PAŞA Bank”ın təklif etdiyi mil kartın “Black Edition” versiyasında 10.000 mil, “World Elite” versiyasında isə 20.000 mil avans götürmək mümkündür. Avans milləri istifadə etmək üçün minimal müddət və dövriyyə tələbləri yoxdur, qısası avans milləri kart alınan gün belə götürə bilərsiniz.
MİLLƏR İLƏ BİLETİN STATUSUNU (XİDMƏT SİNİFİNİ) ARTIRMAQ İMKANI
Tutaq ki, “Türk Hava Yolları”ndan “ekonom” sinifə bilet almağı düşünürsünüz. Siz “PAŞA Bank Miles&Smiles” ilə topladığınız millər hesabına biletin statusunu “biznes” sinifə qaldıra bilərsiniz.
Qeyd edək ki, “PAŞA Bank Miles&Smiles” kartındakı milləri təyyarə biletinə dəyişmək çox asandır. Türk Hava Yollarının mobil əlavəsi vasitəsilə milləri bir neçə dəqiqə ərzində biletə dəyişmək mümkündür. Başqa banklarda bu proses daha çox vaxt aparır və daha çətindir.
HƏDƏFİNİZ DƏQİQ OLMALIDIR
Mil yığmağınızın məqsədi dəqiq olmalıdır. Məsələn, sizin səyahət etməyi nəzərdə tutduğunuz ölkəyə Türk Hava Yollarının (THY) reysi mövcuddursa “PAŞA Bank Miles&Smiles” kartını əldə etməyiniz qat-qat sərfəli olacaqdır (THY 124 ölkənin 306 şəhərinə uçur). Yox, səyahət etməyi nəzərdə tutduğunuz ölkəyə digər hava yollarının reysləri mövcuddursa “Milləri istənilən aviabiletə dəyişmək imkanı” olan mil kartı seçməyiniz məsləhətdir.
KARTLAR ARASINDAKI FƏRQ NƏDİR?
Bəs adi mil və ko-brend (birgə) mil kartlar arasındakı fərq nədir? Əsas fərq odur ki, adi mil kartı ilə alış-veriş zamanı ödəniş edərkən sonradan biletlərə dəyişdirilə bilən bonuslar qazanırsınız. Ko-brend kartlar isə bonus, status milləri, eyni zamanda ko-brend şirkətin fəaliyyət göstərdiyi hava limanlarında əlavə xidmətlərdən yararlanma imkanı yaradır.
MİL KARTI ALMAQ KİMLƏRƏ SƏRF EDƏR?
-Tez-tez xaricə səyahət edənlərə,
-Kart vasitəsilə cəmi illik alış-verişləri yüksək məbləğdə olanlara (nəzərə almaq lazımdır ki, mil kartları ödənişlidir. İldə bir dəfə xaricə səyahət edirsinizsə bahalı mil karta ödəyəcəyiniz pulun üzərinə bir qədər də əlavə edərək aviabilet ala bilərsiniz. Bir sıra kartlarda millərin etibarlılıq müddəti 2 ilədəkdir. 2 il ərzində kart vasitəsilə 30 min manatadək xərcləyənlər 200 manat və ya 250 manat verib bahalı mil kart almamalıdırlar. Belə xərcləmələri olanlar qiyməti 100 manatadək olan və daha çox mil qazandıran kartlardan istifadə edə bilərlər. Əgər il ərzində kart vasitəsilə 50 min manatdan artıq xərcləyirsinizsə və uzaq xarici ölkələrə səyahət etməyi planlaşdırırsınızsa bahalı mil kartı almaq sərf edəcəkdir),
-Növbəti il xaricə tətilə getmək barədə hədəfi olanlara.
Qısası tez-tez səyahət edirsinizsə, eyni zamanda kartla daha çox xərcləyirsinizsə, ödənişlərin bir hissəsini mil olaraq geri qazandıran kartlar sizə görədir.
Mil kartların üstünlükləri və çatışmazlıqları barədə ətraflı məlumatı aşağıdakı cədvəldən ala bilərsiniz.

Cədvəldən göründüyü kimi, ən çox üstünlük “PAŞA Bank Miles&Smiles” və "BirKart Miles" kartlarındadır.
Xəbərin oxunma sayı : 790
İqtisadiyyat
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Mbappedən Zidanla bağlı maraqlı xatirə - “13-14 yaşım var idi...“
-
Çıxarış almaq istəyənlərin diqqətinə - Bu halda mümkün deyil
-
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Nikol Paşinyan
-
Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb - STATİSTİKA
-
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
-
Bəzi avtobuslar “Şamaxinka“da saxlamayacaq -VİDEO
-
Eks-deputatın oğlu fəhlələrə növbəti dəfə vəd verdi - işlədib, əmək haqlarını kəsir
-
“Dərin geosiyasi parçalanma ilə üz-üzəyik” - Quterreş
-
Artıq bu yollarda da avtobus zolağı var -Fotolar
-
Kozinoğlunun ölüm işi - 3 nəfər saxlanıldı, jurnalist həbs edildi
-
Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı
-
ABŞ Belarusla nəhəng müqavilə bağlayır - Potaş alacaqlar
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
-
Suraxanıda gecə tikinti xaosu - “Ballı“ Marketin sahibi daha bir qanunsuz artırma aparır
-
CNN, MSNOW və “Politico” Ağ Evi məhkəməyə verdi - Trampın qərarına görə
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
-
“Private Facility Management“ və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə
-
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
ABŞ-dan İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
-
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
-
Bu şəxslər üçün viza prosedurları sadələşdirilir - Sərəncam
-
Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi
-
İcra başçısı müavinini işdən çıxardı - DSK-ya sədr təyin edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
AYNA-nın tədbirində monitor qadının üstünə belə aşıb - VİDEO
-
“Şəki yaylası” faciəsindən sonra inanılmaz olay - Ucalın atası elə şeylər yazdı ki…
-
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı - FOTO
-
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
-
Sumqayıtda bu yollar təmir olunacaq - 1,5 milyon manat ayrıldı
-
Ermənistan və Rusiya münasibətlərinin dəyişməsi labüddür - Paşinyan
-
Ağdam RİH subartezian quyularının təmirini bu şirkətə tapşırdı - 50 manat kapitalı var
-
“Bu səhv tariximizi alt-üst edib” – Həsən Həsənov
-
Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu - Vergi borcu
-
Moskvanın yeni qış taktikası: Ukrayna energetikasına kütləvi zərbələr hazırlanır
-
Parlamentdə dilə gələn kəlbəcərli deputat: ““ChatGPT” çox yaxşı şeydir“
-
“Kredit borcunuzu silirik” - Vətəndaşlara xəbərdarlıq
-
Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib
-
Məktəblərdə fond pulu yığılır: Valideynlər ödəməyə məcburdurmu?
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
-
Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)
-
Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi? - Araşdırma
-
Pensiyalar nə vaxt ödəniləcək? - Tarix açıqlandı
-
Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər
-
Si Cinpin ABŞ-a üçgünlük səfər edəcək - Tramp dəvət edib
-
Məhkəmə İman Quliyevin 11 milyon manat borcu yığılan şirkətini cərimələdi - DETALLAR
-
“İki aydır Emin Əmrullayevə zəng edirəm, tapa bilmirəm” – Deputat
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - FOTO
-
Deputat tıxaca görə iclasa gecikdi: “Dözülməz həddə çatıb”
-
269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir - VİDEO
-
Azərbaycanda kommersiya bankları birləşməyə məcbur edilir? - Açıqlama
-
Bakıda xeyriyyə adı altında dələduzluq: 70 yaşlı qadın saxlanıldı
-
Xəzərdə batanlar Aviasiya Akademiyasının tələbələri imiş... – Video
-
“ABŞ husilərlə daimi əlaqə saxlayır“ - Donald Tramp
-
FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır - Video
-
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
-
“Kahı“ və “kərəviz“ yükündə 79 kq narkotik vasitə aşkarlandı - FOTO
-
Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: “Gəlirlər, ölçüb-biçib gedirlər“ (VİDEO)
-
Dövlət Suverenliyi Günü – Dövlətçiliyimizin qürur tarixidir
-
Tam suverenlik və bərpa edilmiş ərazi bütövlüyü ölkəmizi sürətli inkişaf yoluna çıxardı
-
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
Zəfər tariximizin şanlı səhifəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə
-
Bakının bu kəndində yol bağlanır - Sürücülərə xəbərdarlıq
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı - FOTO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıda restoran 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO
-
“Formula -1 Azərbaycan” qran-prisinə görə bəzi parklanma yerləri bağlandı - VİDEO
-
Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı - FOTO
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəbi bu ola bilər
-
Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz - Bu halda
-
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin...
-
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı - Yeni siyahı
-
Pezeşkian Nyu-Yorka gedir - ABŞ-dan qəribə qadağa
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Xəbərdarlıq
-
Türkiyə dönərə “qadağa” qoydu - Azərbaycanda vəziyyət necədir?
-
Husilər Səudiyyəyə hücumu genişləndirir - Məkkə ilə Mədinə gündəmdə
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz“
-
Xocavənd rayonunda nə qədər insan yaşayır? - Açıqlama
-
Putindən sonra Rusiyanı kim idarə edəcək? - 7 namizəd
-
Keçmiş baş nazirdən şok iddia: “20 milyon əhalimiz qalıb!“
-
“Asiyada əvvəlki Amerika nizamı çöküb, yeni regional nizam yaratmaq lazımdır” - Qalibaf
-
20 sentyabr həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də milli birliyimizin və ərazi bütövlüyümüzün əbədi rəmzidir
-
Matviyenko ona məğlub oldu - Gizli yazışmalar üzə çıxdı
-
F-35-lərə aid məxfi texnologiya oğurlanıb? - Araşdırma başlayıb
-
Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı
-
Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı (VİDEO)
-
Hansı ölkədə alınan mənzilin pulunu neçə ilə “çıxarmaq” olur? - Siyahı
-
20 Sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü tariximizin şanlı səhifələrindəndir
-
Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?
-
Almaniyada iki əyalətdə seçki keçirilir - Mertsin gələcəyi təhlükədə
-
Millidən kənarda qalan qapıçı “od püskürdü“ - “Bu, onunla əlaqəli söhbət deyil“
-
İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB
-
Bakıya yağış, rayonlara dolu - Sabahın havası
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN (VİDEO)
-
Si Cinpinlə bağlı müəmmalı məqam: BRICS şam yeməyinə son anda qatılmadı
-
Zəfər tariximizin şanlı səhifəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə
-
PSJ rəhbəri ilə bağlı Parisdə araşdırma başladı - Səbəb nədir?
-
İran ilə ABŞ arasında danışıqlar davam edir - Əraqçi
-
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
Suverenlik günü dövlətçiliyimizin şərəfli tarixini əks etdirən fəxri rəmzdir
-
Ceyhun Bayramov Nyu Yorka getdi - Baş Assambleyanın 81-ci sessiyasında iştirak edəcək
-
Trampın iqamətgahı üzərində həyəcanlı anlar: “F-16“ qırıcısı mülki təyyarəni ələ keçirdi
-
“Əsrin müqaviləsi“nin imzalanmasından 32 il ötdü
-
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
-
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - Açıqlama
-
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
-
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
-
Putin gizli səfərbərliyə hazırlaşır - Avropa liderləri
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Ər-Riyad hücuma məruz qaldı: Şəhəri qara tüstü dumanı bürüdü
-
“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb” - VİDEO
-
Yamal Mbappe və Keynə söz atdı - Dünya futbolunda “Qızıl top” savaşı
-
Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır
-
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
-
“Vardanyan və Harutyunyanla bağlı iddialar həqiqəti əks etdirmir” – Ombudsman
-
ABŞ və Danimarka razılığa gəldi - Qrenlandiya ilə bağlı
TOP 10
ARXİV






