![]() |
|
![](http://azfakt.com/photos/c4fcc13f-2ac4-41a1-8164-2d1bc23c8dc0.jpg)
![](http://azfakt.com/photos/23180.jpg)
![](http://azfakt.com/photos/4095.jpeg)
![](http://azfakt.com/photos/282112.jpg)
![](http://azfakt.com/photos/798367.jpg)
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/7331944.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
Hava şəraitinin taxıl biçininə mənfi təsirləri - bölgələrdə durum
Tarix 04.07.24, 8:30 |
|
![bitmap-img6](http://azfakt.com/photos/3d47ef54ba507a7004a7590c242244ff.jpeg)
“Taxıl sahələrinin 60,2 faizində biçin başa çatıb”
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna cari ilin 5 ayında müraciətlərin sayı 800-ü keçib. Müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi may ayında qeydə alınıb. Ötən ay yayılan rəsmi məlumata görə isə daxil olan müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə aiddir. Ümumilikdə fermerlər tərəfindən müraciətlər 40-a yaxın rayondan qəbul edilib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə hadisələrlə bağlı müraciətlər təqribən 26 rayondan daxil olmuşdu. Əkin sahəsinə zərərlə bağlı müraciətlər fondun sığorta təminatı verdiyi bitki məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır.
Ötən il ümumi müraciətlərin 80 faizi taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il müraciətlərin yarısı bağçılıq və digər bitkiçilik əkinləri üzrədir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki növü üzrə sığorta təminatı verilir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar ayının 1-i 1 milyon 25.4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 99 faizini və yaxud 1 milyon 15.6 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 598.3 min hektarı buğda, 417.1 min hektarı arpa, 161 hektarı isə çovdar əkinlərinin payına düşür. Bununla da buğdanın əksin sahələri illik müqayisədə 7.4 faiz azalıb.
2023-cü ilin eyni dövrünə səpin aparılmış sahənin 98.7 faizini və yaxud 1 milyon 41.15 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 646.22 min hektarı buğda, 394.76 min hektarı arpa, 160 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (56.6 min ha), Füzuli (32 min ha), Şamaxı (29.3 min ha), Hacıqabul (24.6 min ha), Şəki (24.1 min ha), İsmayıllı (21.2 min ha), Ağcabədi (20 min ha) və Xocavənd (18.9 min ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (34.5 min ha), Şəki (34.2 min ha), Neftçala (26.7 min ha), Biləsuvar (24.3 min ha), Ağsu (19.9 min ha), Goranboy (15.7 min ha) və Qobustan (14.6 min ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4.6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9.9 faiz azalıb, arpanın səpin sahəsi 4.3 faiz artıb.
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/448896916_902729838535468_5426289243809220541_n.jpg?_nc_cat=107&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=c_5pm5TM2gUQ7kNvgEQpqk0&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1QGSXXmaUURketbRhOZ4stN-OzQhxYBL96NcXAvNhTqUtw&oe=66ADB82C)
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Yeni Müsavat”ın sorğusuna cavabında bildirdi ki, respublika ərazisində davamlı yağıntının olması bəzi günlərdə taxıl biçininin əvvəlki sürətlə aparılmasına mane olsa da, bu qrafikin pozulmasına səbəb olmayıb: “Bəzi rayonlarda müəyyən ləngimələr olub. Taxıl biçinini aparmaq üçün sahədə nəmlik faizi tam şəkildə aşağı düşməlidir. Bu, biçinin itkisiz aparılması üçün əsas şərtlərdən biridir. Amma bu ümumilikdə taxıl biçini prosesinin qrafikdən kənara çıxmasına təsir göstərməyib. İyulun 2-nə olan operativ məlumata görə, respublika üzrə taxıl sahələrinin 60,2 faizində biçin başa çatıb”.
Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib. Tədarük ediləcək ərzaqlıq buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir.
Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəricilərini Dövlət Ehtiyatları Agentliyi əlavə olaraq yoxlayacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti hər ay üçün ondan öncəki ay ərzində ölkəyə idxal edilən ərzaqlıq buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq müəyyən ediləcək.
Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələri Bakı, Gəncə, Şəki, Xızı, Kürdəmir, Şabran və Xaçmazda yerləşir.
Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyi taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
FHN-dən verilən məlumata görə, müraciətdə bildirilib ki, taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.
Yuxarıda qeyd olunanları və biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır:
- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır!
- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;
- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir;
- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;
- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır!
- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;
- əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır;
- yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışılmalı və “112" qaynar xəttinə məlumat verilməlidir.
Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Xəbərin oxunma sayı : 595
Sosial
Xəbərlər
-
Bu deputatların üzünə qapılar bağlanır - SİYAHI
-
Texniki Universitetinə qəbul olan şəxslərin diqqətinə: sənəd qəbulu elektron qaydada olacaq
-
Saraya maşınla giriş-çıxış tam məhdudlaşdırılır - Sabah saat 10:00-dan...
-
Azərbaycanda il ərzində 2,3 milyard manatlıq su itkiyə gedib - MALƏSƏF...
-
Bakıda 10 günlük “karantin” olacaq? - VACİB AÇIQLAMA
-
Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
-
Azərbaycana ən son model qırıcılar veriləcək - TƏFƏRRÜAT
-
“Ərim məni əxlaqsızlıq etməyə, pul qazanmağa məcbur edirdi” – ŞOK TƏFƏRRÜAT
-
Baş prokuror Vyanada səfərdədir - Fotolar
-
Xaricdə oxuyan daha 71 nəfərin diplomu tanınmadı - SƏBƏB
-
“Rusiya ilə Ukrayna arasında ABŞ, Çin və ya Aİ vasitəçilik edə bilər, Macarıstan yox“ - Zelenski
-
Qarabağ Universitetinə mətbuat katibi təyin olundu - FOTO
-
Müsavat Partiyası deputatlığa namizədlərinin bir qismini irəli sürüb - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazirlik “OBA Market”i cərimələdi - Məhsulu üzərində göstərilən qiymətdən baha satıb
-
“Aqrar İnnovasiya və Texhizat Şirkəti” ASC ötən il 1.8 mln. manat zərər edib - DETALLAR
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Qusara təyin edilən yeni icra başçısı kimdir? - DOSYE
-
Kərəm Mustafayev dindirilib? - İDDİA
-
“Putin məğlub ola bilməz“ - Viktor Orban
-
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib - SİYAHI
-
“Biblioteka“ restoranında İYRƏNC MƏNZƏRƏ - Mətbəxində siçovul gəzir (VİDEO)
-
Terminalı taladılar, qaçanda qəzaya düşdülər - VİDEO
-
Qusara yeni icra başçısı təyin edilib - Sərəncam
-
Adil Əliyev bu rayona icra başçısı təyin olundu - Sərəncam
-
Əziz Əzizov Beyləqanın icra başçısı təyin olundu - Sərəncam
-
“Bankdandır, kartınıza müdaxilə var” zəngi gəlsə... - DİN-dən xəbərdarlıq
-
Milyonçular Çindən qaçır – Hansı ölkələri seçirlər?
-
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR
-
SOCAR son 7 ildə Rusiyada nə qədər pul qazanıb? – CƏDVƏL
-
Vitse-spiker seçkiyə qatılmayacaq? - “Kimin haradan namizəd olacağı sonda elan ediləcək”
-
Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlandı
-
“Bu məhsulların Azərbaycana idxalına icazə verilməyəcək” - Xəbərdarlıq
-
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN
-
Sümbülə Əliyeva azadlığa buraxıldı - Məhkəmədən qərar
-
Ölkədən qaçmaq istəyirdi - Polislər aeroportda saxladı
-
Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq... - Lisenziya verildi
-
Qoşa Qala qapılarının ətrafı da zəbt edildi… Restoran tikilir – Foto
-
Taxıl zəmilərinin 73 faizində biçin başa çatıb - FOTO
-
Bir milyon manatı ələ keçirən biznesmen kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
-
Kirayə mənzil bazarında qiymətlər niyə düşmür? - PROBLEM
-
Əhali arasında rotavirus və konyuktivit yayılır - VİDEO
-
Xətai rayonunda 1 il öncə dayandırılan qanunsuz tikinti yenidən inşa edilir - FOTO
-
Süni intellekt Milli Qəhrəmanımızı canlandırdı - VİDEO
-
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
Fransada seçkilərin ilkin nəticələri: Solçu alyans qələbə qazanıb
-
Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəb bu imiş...
-
Vitse-spiker icra başçısı təyin olunur - Prezidentin sərəncamı gözlənilir...
-
Avtobuslarda kart sisteminə keçid niyə bitməyib? - VİDEO
-
İyulun 8-i ilə bağlı əhaliyə xəbərdarlıq - RƏSMİ
-
“Ərim, kişim yanımdadır“ - VİDEO
-
Azərbaycan xaricdən pomidor idxalını niyə artırıb? - VİDEO
-
İkinci əl geyimlər alanlara xəbərdarlıq: Xəstəliklər yaradır - VİDEO
-
Gənc oğlanın tanış olduğu qadınla oteldə davası: “Dedi, yalnız bir dəfə...“
-
Satışda olan kolbasalarla bağlı dəhşətli fakt ortaya çıxdı - VİDEO
-
“Yaxın Şərqdəki münaqişənin həlli iki dövlət prinsipinə əsaslanmalıdır“ - Britaniyanın yeni baş naziri
-
Azərbaycana gələn turistlər ən çox hansı xidmətlərdən narazı qalıblar? - SİYAHI
-
Qafqaz Müsəlmanları İdarəsində iclas: Qazılar Şurasının tərkibində dəyişikliklər edildi
-
Evi qanunsuz sökülən qadına dəymiş ziyanın müəyyən hissəsi ÖDƏNİLDİ
-
Azərbaycanda şok hadisə: Məmur ofsiantla sevgili oldu, rayon-rayon gəzib...
-
Bakıdakı binaların ölüm saçan liftləri - TƏHLÜKƏ
-
Zenfira ağac altında dincələn Şəbnəmi SULADI - VİDEO
-
NATO müttəfiqləri narahatdır: Bayden 4 il yaşayacaqmı?
-
“Türkəm” deyən nə xoşbəxtdir” - Hakan Çalhanoğlu
-
Son 10 ildə Azərbaycanda məişət avadanlıqlarının qiyməti necə dəyişib? – SİYAHI
-
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
-
“Yeni dövrdə İngiltərə ilə əlaqələrin hər sahədə inkişafına davam edəcəyik“ - Türkiyə Prezidenti
-
“Macarıstan Ukraynadakı münaqişənin həlli üzrə missiyasını davam etdirəcək“ - Siyarto
-
Üç məşhur həkim hakim qarşısına çıxarılır - SƏBƏB
-
Aşağı Gövhər Ağa məscidi bərpadan sonra yenidən tarixi görkəmində - VİDEO
-
“Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq“ - Ərdoğan
-
Yeni qüvvəyə minən Rəqabət Məcəlləsi qiymətləri ucuzlaşdıracaq? - VİDEO
-
Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - FOTO
-
“NATO Çini “təhlükəli ölkələr siyahısına” əlavə edə bilər“ - KİV
-
“4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub“ - DİM
-
Bölgələrdə 1 manata satılan gilas Bakıda 9 dəfə baha satılır: Səbəb nədir?
-
Dələduzlar onkoloji xəstənin əməliyyat pulunu oğurlayıblar - İDDİA
-
Qurban Qurbanovu kim qabaqlayır: Santuş, Berdıyev, yoxsa Qriqorçuk?
-
Məhərrəm ayı başladı - QMİ müraciət yaydı
-
“Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil“ - Milli Hidrometeorologiya Xidməti
-
Siqaret çəkənlərə dəhşətli XƏBƏRDARLIQ
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti olub - FAKTİKİ HAVA
-
““WhatsApp” təhlükəsiz deyil - İlon Maskdan xəbərdarlıq
-
Daimi yorğunluq təhlükəli xəstəliklərdən xəbər verə bilər - Həkimdən xəbərdarlıq
-
İsrail ordusu daha 16 fələstinlini həbs etdi – Say on minə çatır
-
Ucuz maşınlar satışda - QİYMƏTLƏR
-
“Polisə xəsarət yetirilib, həyatını xilas etmək mümkün olmayıb” – DİN
-
Türkiyə Avro-2024-lə vidalaşdı – VİDEO
-
Azərbaycanlı ailəsində doğulan, arvadı faciəli şəkildə ölən İranın yeni prezidenti - Məsud Pezeşkian kimdir?
-
Qəbul balları artırılacaq? - Bu qrupda yüksək rəqabət var
-
Aysel Teymurzadə gözəlliyi ilə heyran etdi - FOTO
-
Cıdır düzündən qürurlu anlar... - VİDEO
-
“Ukrayna rus əsirliyindən 3310 nəfəri qaytarıb” – Zelenski
-
AVRO-2024: İngiltərə yarımfinalda
-
Bulvarda kişi qadını döydü - DİN-dən açıqlama
-
Rusiya və İrandan qərar - Bir-birinin bank kartlarından istifadə edəcəklər
-
Sumqayıtda qadın həbs edildi - 47 mindən çox pul oğurladığına görə
-
Azərbaycan-ŞƏT əməkdaşlığı nəqliyyat dəhlizlərinin genişləndirilməsinə kömək edəcək
-
“HƏMAS ABŞ-nin təklifini qəbul etdi” – “Reuters”
-
Sabiq nazirin bankı Röyanın keçmiş qaynatasından nə istəyir? - Məhkəmə
-
72 yaşlı kişi şüşə parçası ilə öldürüldü - Oğlu saxlanıldı
-
“ABŞ-ın uzun müddətdir prezidenti yoxdur“ - İlon Mask
-
Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə SAXLANILDI
-
“Vusal Slow“ adlı restoran qanunlara üz çevirib - Bu qanunsuzluqa “dur!“ deyən tapılacaq?
-
Gənclər arasında sürətlə yayılan xəstəlik – SƏBƏB NƏDİR?
-
Prezidentlərin səfəri başa çatdı - FOTOLAR
-
Merihə oyun, onlara pul cəzası - Futbol qurumlarının ikili standartı
-
AZAL-dan xəbərdarlıq: saxta reklam...
-
Parlament seçkilərində qeydə alınan partiyaların sayı 10-a çatdı - SİYAHI
-
Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək - KİV
-
Azərbaycanın gəmiçilik tarixində ilk - “Xocalı” ABŞ limanında
-
“CF Kristal” kolbasasında zərərli maddələr var – Xəbərdarlıq
-
Rəşad Dağlının uşaqlarının gizli xeyirxahı KİMDİR? - VİDEO
-
86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb - 10 nəfərin namizədliyi təsdiqlənib
-
Bayden Zelenski ilə görüşəcək - NATO sammitində
-
İlqar Məmmədov imza yığmağa başladı – Asim Mollazadə ilə rəqib olur?
-
“29 ay vəzifədə olmuşam, 30 aydır cəzasını çəkirəm” - 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə
-
Ağstafa icra başçısının macəra dolu həyatı: Seymur Orucovun başı qalmaqaldan açılmır
-
“Putini dayandıran oğlan mənəm...“ - Bayden
-
Kəndlinin ucuz satdığı meyvə-tərəvəz şəhərlərdə “əl yandırır” - Araşdırma
TOP 10
ARXİV