Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Həkimlərin maaşı hansı mexanizmlə artırılacaq - Açıqlama

Tarix 31.10.24, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Doktorlar tibbi sığortadan nə qazandılar....

Azərbaycanda həkimlərin, xüsusilə dövlət tibb müəssisələrində çalışan doktorların maaşının qənaətbəxş səviyyədə olmaması haqda vaxtaşırı danışılır, müzakirələr aparılır. 

“Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.  O qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

“İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqlarının artırılması real olur. Biz onu artıq görürük”.

O bildirib ki, nazirlik əmək haqqının artırılması istiqamətində addımlar atır: “Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır”.

Həkimlərin maaşı hansı mexanizmlə artırılmalıdır? Dünya təcrübəsi nədir? Tibbi sığorta həkimlərin maaşına hansı təsirləri göstərir?

Adil Qeybulla istefa verdi Pravda.az

Adil Qeybulla

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, tibb işçilərinin maaşı icbari tibbi sığorta çərçivəsində olmalıdır. Onun sözlərinə görə, dünyanın hər yerində bu, paketə daxildir: “Ümumiyyətlə, Azərbaycanda xidmətlərin böyük əksəriyyəti icbari tibbi sığortaya cəlb olunubsa, elə həkimlərin də hamısı icbari tibbi sığortaya cəlb olunmalıdır. Məsələn, Almaniyada, Türkiyədə  minimal əmək haqqı və həkimlərin maaşı hansı nisbətdə hesablanırsa, onun əsasında tənzimləmə etmək olar. İlkin olaraq işə yeni başlayan həkimin maaşı ilə müəyyən səviyyələrdə olan həkimin maaşı dərəcələr baxımından fərqli olmalıdır. Həkimin təcrübəsi və dərəcəsi artdıqca onların maaşları da artırılır. Buna nail olmağın yolu hansısa bir dərəcə fikirləşilməsindən keçilməlidir. Minimal əməkhaqqının 5-10 nisbəti ilkin əmək haqqı kimi düşünülə bilər. Bu sonradan yavaş-yavaş artırılır. Bütün dünya bu təcrübədən yararlanır. Digər tərəfdən, İcbari Tibbi Sığortada fiksə olunmuş maaş sistemi olmalıdır. Əlavə növbələrə qalanlar əlavə əmək haqqı ala bilərlər. Bonus sistemi və Azərbaycan sayağı digər variantlar İcbari Tibbi Sığortanın effektini aşağı endirir.

Eyni zamanda bunu vətəndaşın xeyrinə çalışması, tibbi işçilərinin formada olması və onun növbəti akkreditasiya sisteminə hazırlığı üçün bu çox vacibdir. Təəssüflər olsun ki, bu məsələlərin hamısı başdan düzgün qoyulmayıb. Həkim Təyinatı Sistemi və ilkin fiksə olunmuş maaş sistemi mütləq təşkil edilməlidir. Əks halda, bu icbari tibbi sığorta deyil, ayrı-ayrı adamların, xəstəxana rəhbərlərinin yerlərdə sui-istifadə imkanlarını artırır. Ayrılan vəsaitin şəffaf xərclənməsi və vətəndaşın xeyrinə yönəlməsi üçün  ilkin olaraq maaşlar sistemi şəffaf və fiksə olunmuş olmalıdır".

Vüqar Qurbanov TƏBİB-in rəhbəri təyin edildi

Vüqar Qurbanov

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov  bildirib ki, həkimlərin və orta tibb işçilərinin əməkhaqqlarının artırılmasının üzərində ciddi iş gedir. Onun sözlərinə görə, İcbari Tibbi Sığorta layihəsi tətbiq olunduqdan sonra həkimlərin əməkhaqlarında ciddi fərqlər var: “TƏBİB tabeli tibb müəssisələrində və dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində çalışan həkimlərimizin maaşı icbari tibbi sığorta əlavəsi ilə birlikdə 1 200 manatdan aşağı deyil. İlk işə başlayan həkimimiz 1 000-1 200 manat civarı əmək haqqı alır. Amma onun əldə edəcəyi bonus göstərdiyi xidmətin sayından və keyfiyyətindən asılıdır”.   



Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap