Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

II qrup əlil, YAP üzvü Sumqayıt İcra Hakimiyyətindən Prezidentə şikayət etdi

Tarix 12.11.19, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


Bu sözləri dövlət başçısına ünvanladığı şikayət ərizəsində Sumqayıt şəhər sakini Babayeva Esmira Zeynal qızı yazır.


"Cənab Prezident! 

24 ildir düyünə düşən, həlli mümkünsüz edilən bu məsələ ilə əlaqədar aidiyyatı təşkilatlara saysız-hesabsız müraciətlərim olub. Problemlə əlaqədar Sumqayıt şəhər İH-nə dəvət olunsam da, şəhər İH-nin başçısı Zakir Fərəcov Ali Məhkəmənin qərarının düzgün verilmədiyini söylədi və dolayısıyla haqsızlıqa davam dedi. Doğrusu, Ali Məhkəmənin qərarının həyata keçirilməsinə aidiatı təşkilatların biganə yanaşması məni artıq bir o qədər də təəccübləndirmirdi. Şəxsən Sizə  - ölkə rəhbərinə ünvanlanan ərizəyə də yanlış cavab verilməsi məni və ətrafımdakı bütün insanları heyrətləndirdi. Guya balanslarında boş yaşayış sahəsi yoxdur. Guya yeni tikilən binalardan balanslarına neçə faiz mənzil verilməsindən heç kimin xəbəri yoxdur. Güya cənab Prezidentin hümanistliyindən, alicənablığından istifadə etdikləri heç kimə məlum deyil. Cəmi iki otaqlı halalca mənzilim bu adamlar üçün nə qədər qiymətli olub ki, cənab Prezident, Sizə də yalan danışmağa cürət edirlər. 

Cənab Prezident! 

Məsələnin mahiyyətini bir daha nəzərinizə çatdırmaq istəyirəm. Düz 24 il əvvəl, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən 28.11.1995- ci il tarixli 22/368 saylı order mənim adıma verilib. Amma bu 2 otaqlı mənzilə bu günə qədər yerləşə bilməmişəm. Sumqayıt Şəhər Məhkəməsinin 29.11.1999- cu il tarixli qətnaməsi ilə bu mənzil həmin ünvanda yaşayan məcburi qaçqın İradə Kərimovanın adına rəsmləşdirilib. Əvəzində qətnamədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə mənim müvafiq yaşayış sahəsi ilə təmin olunmağım öhdəliyi qoyulub. Biz bununla razılaşdıq. Təki mənzilimiz olsun dedik. İllərlə gözlədik. Dedilər mənzil olan kimi məhkəmə qərarına əsasən birinci siz evlə təmin olunacaqsınız. Eşidəndə ki, yeni tikililərdən Şəhər İcra Hakimiyyətinə mənzillər verilir və bu mənzillər lazımi adamlara paylanır, biz də əlaqədar təşkilatlara müraciət etdik. Sumqayıt Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsi məsələnin ciddiləşdiyini görəndə ailəmizin mənzilə olan ümidini tamam söndürmək qərarına gəldi. Düz 14 il sonra müxtəlif bəhanələrlə 1999- cu il qətnaməsindən Sumqayıt Appelyasiya Məhkəməsinə şikayət verdi. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-1124/2016 saylı qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29.11.1999- cu il tarixli qətnaməsinini qüvvədə saxladı. Ədliyyə Nazirliyinin Sumqayıt şəhər icra şöbəsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının həyata keçirilməsi istiqamətində heç bir nəticə əldə edə bilmir.

Cənab Prezident! 

Bu order bizə Azərbaycanımızı bütün bəlalardan qurtaran, xatirəsi daima qəlbimizdı yaşayan, evsiz-eşiksiz qalsaq da, bu günə kimi humanistliyinin, ədalətinin, hüququnun ışığında yaşadığımız, Ümumimilli Liderimiz Heydər Əliyev cənablarının hakimiyyətə yenidən qayıdışının ikinci ilində - 1995-ci ildə verilib. O mənzilə sahib olmaq bizim halalca haqqımızdır. 



Cənab Prezident!

Mən 2-ci qrup əliləm, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mənzil şəraitimiz çox ağırdır. Bəzi maraqlı şəxslər məsələni ictimailəşdirmək üçün mətbuat konfransı keçirməyimi məsləhət görsələr də, Sizin imzanıza səthi yanaşan partiyadaşlarımızın səhfini təkrarlamaq istəmirəm. Düşünürəm axır ki, bir dəfə ərizəm bir vicdanlı, Sizə sədaqətli məmur əlinə keçəcək və məsələnin həlli üçün ciddi göstəriş veriləcək.

Cənab Prezident! 

Mən sizə bu ərizəni çox böyük ümidlərlə yazdım. İnanırm ki, Sizin müdaxilənizdən sonra bu məsələ həll olunacaq.

Dərin hörmətlə,

E. Babayeva"



Tezxeber.az



Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap