Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

III Dünya müharibəsi başlasa, ən təhlükəsiz olacaq 10 ölkə (SİYAHI)

Tarix 02.05.18, 2:52

Font ölçüsü : - / +
bitmap-img6


Suriya hazırda dünyanın bütün ölkələri üçün savaş meydanına çevrilmiş vəziyyətdədir. ABŞ və Rusiya bir-birlərilə dolayı yolla müharibə aparırlar. Lakin iki ölkə arasındakı gərginlik bəzən elə həddə çatır ki, sosial şəbəkələrdə III Dünya Müharibəsinin başlayacağı ilə bağlı ehtimallar irəli sürülür. Buna baxmayaraq, bəzi ölkələr bu məsələdə olduqca rahat görünürlər. 

Belə ki, müharibə başladığı təqdirdə onların müharibəyə qoşulmayacaqları demək olar ki, dəqiqdir. Bu səbəbdən politoloqlar düşünürlər ki, müharibə başlasa, ən təhlükəsiz ölkələr olacaq və vətəndaşları böyük ehtimalla sağ qalacaq.

Qaynarinfo sözügedən 10 ölkəni sizlərə təqdim edir:

İrlandiya


İrlandiya 1930-cu ildən bəri aktiv olaraq tərəfsiz mövqe tutur. Bu səbəbdən III Dünya Müharibəsi başlayacağı təqdirdə İrlandiyanın yeni bir siyasi xətt izləyəcəyi güman edilmir.

İsveçrə


İsveçrənin İrlandiyadan da əvvəl tərəfsiz mövqe nümayiş etdirir. Belə ki, İsveçrə 1815-ci il Paris Sazişindən sonra bütün müharibələrdə tərəfsizliyini qoruyub.

Fici


Bu ada dövləti dünyanın bütün problemlərindən uzaqdadır. Hökumət də bunu poza biləcək hər bir addımdan qaçır.

Danimarka


Danimarka NATO-ya üzv dövlət olsa da, yerləşdiyi bölgə ona böyük fürsətlər yaradır. Belə ki, həmin bölgə də Fici Respublikası kimi dünyanın problemlərindən uzaq siyasi yol tutur.

Avstriya


Dünya Sülh İndeksinə görə Avstriya dünyanın ən sabit 4 ölkəsindən biridir.

Portuqaliya


Bir çox politoloqlar tərəfindən "sabitlik vadisi" adlandırılan Portuqaliya Avropanın böyük hissəsinə yayılan sağ populizmdən uzaq qalmağı bacarıb.

Yeni Zellandiya


Bir ada ölkəsi olması, enerjisini öz sərvətləri hesabına təmin etməsi və məhsuldar torpaqları olmasını nəzərə alsaq, Yeni Zellandiyanın da müharibəyə qoşulması üçün heç bir səbəb yoxdur.

Kanada


Dünyanın ən sülhsevər ölkələri sırasında 8-ci pillədə qərar tutan Kanadada demək olar ki, şiddətə yer yoxdur. Bu səbəbdən başlaya biləcək müharibədə Kanada yer almayacaq qədər passiv bir hökumətə sahib ölkədir.

İslandiya


Dünya Sülh İndeksində ilk pillədə olan İslandiya coğrafi baxımdan da savaş meydanından çox uzaqdadır.

Sloveniya


Yeni Zellandiya kimi eynilə Sloveniya da enerji ehtiyacını öz-özünə qarşılayır. Həmçinin Avropada yerləşməsinə baxmayaraq I və II Dünya Müharibələrində savaş meydanından kənarda qalmağı bacarıb.






Xəbərin oxunma sayı : 862




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap