“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Jirinovski hökuməti kök məmurlara qarşı mübarizəyə çağırdı:“Gəlin, normanı 80 kiloqrama endirək“

Tarix 21.02.21, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski ölkə sakinləri və məmurlar üçün çəki məhdudiyyətlərinin tətbiq edilməsini istəyir. 

Azvision.az xəbər verir ki, bu barədə Jirnovski “Komsomolskaya Pravda” radiosunun efirində danışıb. Onun sözlərinə görə, dövlət artıq çəkili vətəndaşlara, onların müalicəsi və pəhrizi üçün çox pul xərcləmək məcburiyyətindədir.

“Bu zaman özünü normal hiss edən insanlar dövlətdən daha az pul alırlar. Mən hələ yeddi il əvvəl, 2014-cü ildə dedim ki, gəlin, normanı 80 kiloqrama endirək”.

Məmurlara gəlincə, Jirinovski onlar üçün 100 kiloqram çəki normasının tətbiqinin tərəfdarıdır.

“Bir məmurun çəkisi yüz kiloqram və artıq deyil, 120, 150 olarsa, ümumiyyətlə, bu nədir?” – deyə rusiyalı siyasətçi hiddətlənib. O, piylənmənin qarşısını almaq üçün hökuməti ruslara sağlam həyat tərzi ilə əlaqədar tövsiyələr verməyə dəvət edib.

Bundan əvvəl Jirinovski böyük şəhərlərdə gənclər üçün fahişəxana açmağın lazım olduğunu bildirmişdi. Onun fikrincə, bu şəkildə icazəsiz aksiyalarda iştirak edən subay gənclərin aqressivliyini iki-üç dəfə azaltmaq mümkündür.




Xəbərin oxunma sayı : 343




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap