“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kafel gətirən maşından külli miqdarda siqaret çıxdı – Gömrükdən açıqlama

Tarix 22.08.19, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Astara gömrük postunun yük-idxal xəttində İranın “Mekanizasion Keshavarzi Shali Kasht” şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan vətəndaşının idarə etdiyi “Maz” markalı yük avtomobili saxlanılıb.

AzFakt.com Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, həmin nəqliyyat vasitəsinə “Tobi” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Baxış zamanı xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 200 ədəd “Senator”, 7000 ədəd “Milano” və 2000 ədəd “Kent” markalı siqaretlər aşkarlanıb.

Sonda stasionar rentgen qurğusundan keçirilən yük nəqliyyat vasitəsinin qoşqusundakı 3 yeşiyin hər birinin alt hissəsində, xüsusi düzəldilən saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 7600 ədəd “Senator” və 13 800 ədəd “Milano” markalı siqaretlər tapılıb.



Xəbərin oxunma sayı : 307




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap