Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Kamran Əliyev BMT-nin Baş katibinin müavini ilə görüşdü - Fotolar

Tarix 13.11.24, 20:12

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 13-də Baş prokuror Kamran Əliyev BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzFakt.com xəbər verir ki, Baş prokuror Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.

Görüşdə COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər birgə əməkdaşlığın əhəmiyyəti, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi qeyd olunub.

Qada Vali səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı, COP29-un Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.






Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap