Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Kənd təsərrüfatı yarmarkaları marketlərə qarşı - qiymət fərqi niyə cüzidir...

Tarix 11.12.17, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Ekspertlər səbəblər barədə danışdılar; “Bizdə uzun zamandır ki, bazar alverçiləri adlı bir qrup formalaşıb”

Məlum olduğu kimi, Bakının bir neçə rayonunda əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq, süni qiymət artımı və möhtəkirliyin qarşısını almaq üçün kənd təsərrüfatı mallarının satış  yarmarkası təşkil olunub. Yarmarkalara ölkənin müxtəlif  rayonlarından gətirilən məhsullar satışa çıxarılır.

Lakin yarmarkada satışa çıxarılan məhsulların qiymətlərinin bazardakı qiymətlərdən xeyli aşağı olacağı bildirilsə də, əksər hallarda qiymətlər heç də adi market və mağazalardan fərqlənmir. Hətta bəzən əksinə olur.

Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, yarmarkaya gələn məhsulların hamısı müxtəlif rayonlardan gələn fermerlərin öz təsərrüfatlarından əldə etdikləri məhsuldur. Yəni yarmarkanın məqsədi fermerlərə məhsullarını birbaşa bazara çıxartmaq imkanı yaratmaq, bu yolla həm onların daha çox qazanmasına, həm də bazarlarda məhsul bolluğu və ucuzluğun yaranmasına nail olmaqdır. Lakin görünən odur ki, qiymətlər arasında demək olar, ciddi fərq yoxdur. Paytaxtda təşkil olunan bir neçə yarmarkanı dolaşsanız da müxtəlif məhsulların demək olar ki, hər yerdə eyni qiymətə satıldığının şahidi ola bilərsiniz.

Bəs görəsən, bu məhsullar ayrı-ayrı fermerlər tərəfindən hərəsi bir rayondan gətirilibsə, necə olur ki, qiymətlər standart olaraq dəyişməz qalır?

Image result for natiq ceferli

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qiymət məsələsi həm də tələb və təkliflə əlaqəlidir: “İndi Yeni il öncəsi tələbin artması ehtimalının yüksək olduğunu nəzərə alaraq, məhsullarını yarmarkalara çıxaran fermerlər də gözləntilərə uyğun qiymət formalaşdırırlar. Çünki hər zaman Azərbaycanda bayram öncəsi qiymətlərin artımı müşahidə olunur. İstər kənd təsərrüfatı məhsulları, istərsə də sənaye istehsalı olan ərzaq məhsulları bahalaşır. Ona görə də bu gözləntilər fonunda qiymətlər artır və fermerlər də onu aşağı çəkmək istəmirlər. İkincisi, fermerlərin də xərcləri artıb. Yerli məhsulun bazara çıxarılmasına baxmayaraq, digər sahələrdə qiymət artımı kəskin olduğu  üçün bu insanların da xərcləri artıb. Ona görə də həmin xərcləri qarşılamaq üçün qiyməti artırmaq məcburiyyətindədirlər. Əgər ölkədə rəsmi inflyasiya 14 faiz civarındadırsa, 18 faizlik ümumi ərzaq inflyasiyası varsa, fermer  də satdığı məhsulla əldə etdiyi pulu marketlərdə alış-veriş edib ailəsini dolandırmalıdır. Qiymətlərin ümumi artımı fonunda o da aşağı qiymətlərlə məhsulunu bazara çıxartmaqda maraqlı deyil. Bu baxımdan yarmarkalarda qiymətlərin heç də ciddi fərqlənmədiyinin şahidi oluruq”.

İqtisadçı bu məsələdə mövsümi amillərin olduğunu da istisna etmədi: “Hazırda məhsulların azaldığı dövrə qədəm qoyuruq. Qışda buraya mövsümi amillər də təsir edir. Yaz aylarına qədər qiymətlərin aşağı düşməsini gözləmək əbəsdir”.

N.Cəfərli onu da vurğuladı ki, fermerlərin birbaşa bazarlara çıxması imkanları zəif olduğu üçün yarmarkalara məhsullar bir neçə alverçi tərəfindən gətirilir: “Birincisi, fermerlərin birbaşa bazarlara çıxması üçün şəraitin yaxşılaşdırılması, onlara daha asan və daha tez çıxış imkanlarının saxlanılması lazımdır ki, bu da icra strukturlarının işidir. İkincisi, fermerlərin özlərinin də bu işdə marağı olmalıdır. Xarici ölkələrin, o cümlədən Türkiyənin təcrübəsində də biz görürük ki, bazarlarda fermerlərin özlərinin nöqtələri olur, onlar öz məhsullarını birbaşa bazara çıxara bilirlər. Bu həm keyfiyyətli və təzə məhsulların  bazara çıxmasına səbəb olur. Həm də qiymətdə  fermerlərə və alıcılara sərf edən bir durum yaranır. Bizdə uzun zamandır ki, bazar alverçiləri adlı bir qrup  formalaşıb. Çox zaman onlar fermerlərdən məhsulu elə qapıdaca alır və  gətirib bazarda daha baha qiymətə satırlar. Ya da fermerlər özləri yol xərci, Bakıda qalmaq, vergilər və sair kimi işlər üçün əlavə xərcə düşməsinlər deyə, məhsulu alverçiyə satmağı üstün sayırlar.  Əslində bu qeyri-qanuni deyil, lakin onu sivil qaydalara  uyğun bir hala gətirmək lazımdır”.

İqtisadçı vurğuladı ki, alverçinin istehsalçıdan daha çox qazanması anormal bir haldır: “Təəssüf ki, Azərbaycanda uzun illərdir ki, belə bir hal formalaşıb. Ona görə də, ya istehsalçının özünün bazara çıxışının təmin edilməsi üçün işlər görülməlidir, ya da sivil qaydalara uyğun elə tənzimləmə mexanizmləri yaradılmalıdır ki, aldığı məhsulun qiymətinə  15-20 faiz əlavə edib sata bilən iş adamları üçün normal şəraitin yaradılmasına ehtiyac var. Əgər fermer özünün istehsal etdiyi məhsuldan alverçidən daha az qazanırsa, bu, anormal bir haldır. Fermerdən məhsul qapıdan çox ucuz qiymətə alınır. Düzdür, həmin məhsulunu onun özü bazara çıxartsa, bu qədər ucuz satmayacaq, çünki üzərinə əlavə xərclər gələcək. Ancaq istənilən halda belə olsaydı, indiki qiymətlərdən daha aşağı qiymət formalaşa bilərdi”.




Xəbərin oxunma sayı : 259




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap