“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Kəndlərdə məktəb və müəllimlərin sayı azalır, şagirdlərin sayı artır - Rəsmi

Tarix 10.05.26, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Son 10 ildə – 2015-2025-ci illərdə Azərbaycanda tam orta məktəblərin sayı cəmi 0,7% və ya 22 məktəb artıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 10 il əvvəl – 2014/2015-ci tədris ilində Azərbaycanda 3 288 tam orta məktəb olubsa, 2024/2025-ci tədris ilində onların sayı 3 min 310-a yüksəlib.

Eyni dövrdə, yəni son 10 ildə tam orta məktəblərdə təhsil alan şagirdlərin sayı 29% və ya 362 min 208 nəfər artıb. Belə ki, 2014/2015-ci tədris ilində tam orta məktəblərdə təhsil alanların sayı 1 milyon 235,7 min nəfər olubsa, 2024/2025-ci tədris ilində onların sayı 1 milyon 597,9 min nəfərə yüksəlib.
Bu dövrdə müəllimlərin sayı 11% və ya 17 min 127 nəfər azalaraq 142 min 517 nəfərə düşüb.

Onu da bildirək ki, kənd yerlərində məktəblərin sayında azalma qeydə alınıb. Əgər 2014/2015-ci tədris ilində kəndlərdə 2 min 191 tam orta məktəb var idisə, 2024/2025-ci tədris ilində onların sayı 1,4% azalaraq 2 min 160-a düşüb. Eyni dövrdə kənd məktəblərində təhsil alan şagirdlərin sayı isə 10% və ya 49 min 686 nəfər artaraq 539 min 298 nəfərə çatıb. Kənd yerlərində işləyən müəllimlərin sayı isə son 10 ildə 8% və ya 5 min 939 nəfər azalaraq 68 min 222 nəfərə düşüb.



Xəbərin oxunma sayı : 1120




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap