Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO “Mən də xəyanətə uğramışam“ - Tünzalə Ağayeva Şou-biznesin heç vaxt ərə getməyən qadınları - SİYAHI Tünzalə sinə dekoltesi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

  • / Maqazin / — 21 Oktyabr 2022

    “Mən də xəyanətə uğramışam“ - Tünzalə Ağayeva

  • / Maqazin / — 16 Oktyabr 2022

    Şou-biznesin heç vaxt ərə getməyən qadınları - SİYAHI

  • / Maqazin / — 07 Oktyabr 2022

    Tünzalə sinə dekoltesi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2022

    “Deyirlər, pulu çoxdur, nə vecinə, özü üçün yaşayır“ - Röya

  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

Kişini öldürüb evin qarşısına, avtomobilini su kanalına atdılar - Salyanda dəhşət

Tarix 20.11.22, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


Salyanda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Yerli sakinlərin “Report”un Aran bürosuna verdikləri ilkin məlumata görə, Masallı rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədov Etibar Qüdrət oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Salyan-Neftçala avtomobil yolu ilə Neftçala rayonuna doğru hərəkət edib.

Sürücü naməlim şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. İzi itirmək məqsədilə meyit Salyan-Neftçala avtomobil yolundan iki kilometr aralıda yeləşən Salyan rayonunun Xocalı kəndinə aparılıb və kənd sakinlərindən birinin həyət evinin darvazasının qarşısına atılıb. Sonra qətldə əli olan şəxs və ya şəxslər geri qayıdarkən “VAZ-2107” markalı avtomobili rayonun Kürqaraqaşlı kənd ərazisindən keçən su kanalına aşıraraq qaçıblar.

Ötən gün hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində içərisi qanla dolu olan “VAZ-2107” markalı sözügedən ərazidə aşkar edilərək götürülüb.

Hazırda qətldə şübhəli bilinən şəxs və ya şəxslərin aşkar edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Naməlum kişi meyitinin Xocalı kəndində tapılması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən məlumat yayılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 1279

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap