Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kim AFFA prezidenti ola bilər? - VİDEO

Tarix 06.03.24, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


AFFA-ya 34 üzv prezidentlik və və İcraiyyə Komitəsi ilə bağlı müraciət edə bilər.

Bunu "İdman Bizdə” verilişinin qonağı olan AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Seyidov deyib.

II Liqada mübarizə aparan "Dinamo”nun prezidenti AFFA-da gözlənilən prezident seçkiləri ilə bağlı fikirlərini açıqlayıb.

O bildirib ki, İcraiyyə Komitəsi artıq 34 üzv üçün kvota müəyyən edib: "Əgər AFFA prezidenti Rövnəq Abdullayev yenidən namizədliyini irəli sürərdisə, sözsüz ki, o, birbaşa səsvermə hüququna malik olacaqdı. Amma o, bu hüququndan istifadə etmədiyi üçün say 35-dən 34-ə enib. İcraiyyə Komitəsində 13 nəfər yer alır ki, onlardan da biri AFFA prezidentidir. 12 nəfərdən 5-i Premyer Liqa klubları, hərəyə 2-si Regional Futbol Federasiyası, Sahə Futbol Federasiyaları və İctimai Birliklərdən seçilir”.

Ətraflı
Seyidov AFFA prezidenti olmaq üçün hansı kriteryaların tələb olunduğunu da xatırladıb: "Kim AFFA prezidenti ola bilər? Nizamnamədə dəqiq yazılıb ki, futbolla əlaqəsi olan, aktiv futbol sayəsində fəaliyyəti olan, qurumun birbaşa və dolayı üzvləri bu postu tuta bilər. Hesabat-Seçki Konfransın başlanmasına 15 gün qalmış isə namizədliklərini AFFA-ya təqdim etməlidirlər. Seçkiyə 10 gün qaldıqda baş katib üzvlərlə bağlı son məlumatları birbaşa üzvlərə göndərməlidir. Bundan sonra artıq AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlik verilə bilməz. Çünki prosedur yekunlaşır. Sonra hamımız Hesabat-Seçki Konfransını gözləyəcəyik”.

Qeyd edək ki, AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı aprelin 2-də keçiriləcək.



Xəbərin oxunma sayı : 790




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap