Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kimlər 1 manata sərnişin daşıya biləcək? - Açıqlama

Tarix 18.09.19, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə 1 manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır. Xəbər verdiyimiz kimi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, “bir manatlıq taksi” adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və məsələ ilə bağlı tədbirlər görüləcək.

Məsələ barəsində “Yeni Sabah”a münasibətini bildirən nəqliyyat eksperti Azər Allahverənov qeyd edib ki, burada əsas məsələnin nə olduğu əhaliyə düzgün çatdırılmalıdır.

“Təzəlikcə dilimizə "1 manatlıq taksi" deyimi daxil olub. Bu taksi bir manatlıq deyil. Bir nəfər bir manat verib, taksini Sumqayıta sürdürmür. Belə taksilər 4 nəfər müştəri taparaq yola çıxır, yəni, 4 manatlıq taksi olur. Belə taksilər Koroğlu stansiyasından üzü Bakı ətrafı ərazilərə Şüvəlana, Mərdəkana gedir. Xüsusən 20 Yanvarda belə taksilərin sıxlığı müşahidə olunur. Bakı Yol Polisi bu məsələni gündəmə gətirib. Bilirsiniz, istər 1 manatlıq, istər 5 manatlıq taksi, avtobus, mikroavtobus olsun, əsas şərt odur ki, onlar qanuni şəkildə hərəkət etsinlər".

Ekspert deyir ki, fərqlənmə nişanı alan sürücülərinin taksi xidməti göstərməsinə icazə verilməlidir:

"Bu bir manatlıq taksilər fərqlənmə nişanı əldə etməlidir, öhdəliklərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Yəni, burda məsələ 1 manatlıq taksi sürücüləri ilə mübarizə yox, qeyri-qanuni fəaliyyət göstərən nəqliyyat sürücülərinə qarşı mübarizədir. Məqsəd düzgün müəyyənləşdirilməlidir. Fərqlənmə nişanı alan şəxslərin nəqliyyat sürücülüyünə icazə vermək lazımdır. Məqsəd düzgün təqdim edilmir. Sosial şəbəkələrdə paylaşımlar olur ki, bu da əhalinin geniş təbəqəsinin narazılığına gətirib çıxarır.

Fərqlənmə nişanı olduqda bu nişanı verən tərəf sürücünün fəaliyyətini daim nəzarətdə saxlayır. Bir sıra sürücülər bu nəzarətdən çəkinərək fərqlənmə nişanı almadan fəaliyyət göstərirlər. Bu bir manatlıq taksilərdə fərqlənmə nişanının olmamasının səbəbi də bu nəzarətdən qaçmaqdır. 

Məsələn, biz hər hansı bir taksi şirkətindən taksi çağırdıqda maşını pis sürdüyünə görə, gec gəldiyinə görə və ya hər hansı başqa bir səbəbdən narazı qalırıq və dərhal həmin şirkətə zəng edib öz şikayətimizi bildiririk. Amma bu sözü gedən taksilərdə belə deyil. Onlar bizlə verbal şəkildə danışırlar Narazı qaldığımızda heç bir yerə müraciət edə bilmirik, çünki onların tabe olduğu yer yoxdur".



Xəbərin oxunma sayı : 403




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap