“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kirayə evlər ucuzlaşacaq - SƏBƏB

Tarix 08.06.23, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


“İyun ayında kirayə mənzil bazarında qiymətlərin enməsi müşahidə olunacaq”.

Bunu Qaynarinfo.az-a açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib.

Onun sözlərinə görə, buna səbəb iri şəhərlərdə kirayə qalan tələbələrin tədris ili bitdiyindən evləri təhvil verməsidir.

“Amma elə yerlər var ki, tələbələr yaşadığı kirayə evi təhvil vermirlər. Həmin yerlərdə kirayə evlərin qiyməti enməyəcək. Bu gün kirayə mənzil bazarında ən çox tələbat 500 manata kimi olan evlərədir. Bu da əsasən Bakı və Sumqayıt şəhərlərini əhatə edir, çünki ali məktəb müəssisələrinin əksəriyyəti bu şəhərlərdədir. Kirayə mənzil bazarının 20%-ni tələbələr təşkil edirlər. Yay aylarında tələbələr evləri sahiblərinə təhvil verəndə kirayə mənzil bazarında təklif çoxalır”, - deyə ekspert bildirib.

Elnur Əsədovun sözlərinə görə, kirayə qaldıqları evlərin şəraitindən narazı olan ailələr tələbələrin təhvil verdiyi evlərə üstünlük verirlər. “Bu evlərin isə kirayə qiymətində enmə müşahidə olunmur, əksinə 5-10% artır”, - deyə E.Əsədov vurğulayıb.



Xəbərin oxunma sayı : 694




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap