“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qafar Dəmirçi “Ferrum Kapital”ın sədrliyindən getdi - 13 işçi işdən çıxarıldı

Tarix 03.10.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda faktorinq xidməti ilə məşğul olan “Ferrum Kapital” QSC-nin müşahidə şurasının sədri dəyişib.

FED.az-ın əldə etdiyi məlumata görə, müşahidə şurasının sədri Dəmirçi Qafar Aydın oğlunu Habib Zadeh Mohammad Reza əvəzləyib.

QSC-nin müşahidə şurasının üzvləri Nəzərov Qurban Kamal oğlu və Əliyev Arif Mehman oğlu tutduqları vəzifədə qalıblar.

Qeyd edək ki, “Ferrum Kapital” QSC-nin səhmlərinin 68%-i Dəmirçi Qafar Aydın oğluna, 23%-i Habib Zadeh Mohammad Rezaya, 4,5%-i “AQA Şirkətlər Qrupu QSC-yə, 4,5%-i Vesta İnvestment QSC-yə məxsusdur. Şirkətin nizamnamə kapitalı 24 milyon l28 min 819 manatdır.

Məlumat üçün bildirək ki, “Ferrum Kapital” QSC bu ilin ilk altı ayı ərzində 13 nəfər işçisini ixtisar edib. Belə ki, ötən ilin sonunda 242 nəfər olan işçi sayı, ikinci rübün sonunda 229 nəfərə düşüb.

Xatırladaq ki, Habib Zadeh Mohammad Reza “AQA Şirkətlər Qrupu QSC-nin 72,5%-lik payla səhmdarı olduğu “City Finance BOKT” MMC-də 27,5%-lik paya sahibdir. Bu şirkətin nizamnamə kapitalı 5 milyon manatdır.



Xəbərin oxunma sayı : 1135




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap