Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kirayə qaldığı evdə öldürülən Ayşənin meyiti 4 gün yiyəsiz qalıb - TƏFƏRRÜAT

Tarix 14.05.22, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda 25 yaşlı qızın boğularaq öldürülməsinin bəzi təfərrüatı üzə çıxıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, 17-ci mikrorayonda yerləşən binada yaşayan sakinlər mayın 12-də oradan kəskin qoxunun gəldiyini hiss edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra əraziyə xilasedicilər və polislər gəlib. Mənzilin qapısının açılmasından sonra 1997-ci il təvəllüdlü A.Bayramovanın meyiti aşkarlanıb.

İlkin araşdırmalar nəticəsində Ayşənin tanışı Xalid Əmənov tərəfindən 4 sutka əvvəl boğularaq öldürülməsi və meyitin həmin müddət ərzində mənzildə bağlı qapı arxasında qalması məlum olub.

O da məlum olub ki, gənc qızın həyat tərzi və şəxsi seçimləri səbəbindən ailəsi ilə münasibətləri pozulub. Bu səbəbdən də uzun müddət kimsə onunla maraqlanmayıb və 25 yaşlı qızın harada yaşamasını qohumları bilməyib. Belə ki, A.Bayramovanın qətlə yetirilməsi məlum olandan sonra və onun meyiti morqa aparılarkən yaxınlarından kimsə orada olmayıb.

Qeyd edək ki, A.Bayramova həmin mənzildə yeni kirayə yaşamağa başlayıbmış.

Faktla bağlı cinayət işi başlanıb. Xalid Əmənov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.



Xəbərin oxunma sayı : 742




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap