Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kompani doğma klubuna qayıtdı - “Mən Qvardiola deyiləm“

Tarix 26.06.19, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


Mövsümün sonunda "Mançester Siti"dən ayrılan Vensan Kompaninin "Anderlext"ə keçidi rəsmiləşib.

Qol.az-ın Belçika klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi doğma komandasına qayıdıb. O, Brüssel təmsilçisində oynayan məşqçi olacaq.

2003-2006-cı illərdə "Anderlext"in formasını geyinən Kompani sabiq komandasına qayıdışı ilə bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb: "Bir mövsümə digər 5 komandadan daha yaxşı olmalıyıq. Əminəm ki, bir neçə dəyişikliklə uğur qazana bilərik. Gözəl oyun və çempionluq uğrunda mübarizə arasında seçim etmək istəmirəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət götürmüşəm. Açıq deyim, bura ikinci olmaq üçün gəlməmişəm".

Kompani "Mançester Siti"də rəhbərliyi altında oynadığı Xosep Qvardiola haqda da danışıb: "Qvardiola ilə iş təcrübəsi - bu, universitet dərsi kimi idi. Baş məşqçi hər şeyi çox dəqiqliklə izah edirdi. Ondan çox şey öyrəndim. Buna baxmayaraq, mən Qvardiola deyiləm. Ancaq düşünürəm ki, yaxşı tələbə olmuşam".



Xəbərin oxunma sayı : 256




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap