“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Koronavirusa görə Azərbaycanda 21 xəstəxana ayrıldı - RƏSMİ

Tarix 26.03.20, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda karantində olanların sayı 3 300-dən çoxdur. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

“Təəssüf hissi ilə demək istəyirəm ki, daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb. İstər xəstəxanalara müraciət edən pnevmaniya diaqnozu qoyulan şəxslər, istər 103 zəng xidmətinə zəng edənlərdən yaxma götürülərək müəyyənləşdirilib ki, daxildə də yoluxma var”, – deyə Z.Əliyev bildirib.

İdarə Heyətinin sədri qeyd edib ki, koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb:

“Xəstəxanaların çatışmayan (avadanlıq, tibbi personal) cəhətləri istiqamətində bir neçə qurumun dəstəyilə işlər görülür. Bakıda bu məqsədlə 6, regionlarda 15 xəstəxana ayrılıb”.



Xəbərin oxunma sayı : 604




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap