Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Kosmetik vasitələrlə bağlı ciddi xəbərdarlıq - Xəstəlik riski yüksəkdir

Tarix 24.12.24, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə uşaq və yeniyetmələrin kosmetik vasitələrdən istifadəsində artım müşahidə olunur. Kosmetika istehlakının yaşı 10-a qədər düşüb. Bu isə bir sıra sağlamlıq və sosial problemləri gündəmə gətirib. Uşaqlar və gənclər arasında kosmetikaya maraq, sosial media və müasir gözəllik standartlarının təsiri ilə daha da güclənib. Lakin bu yaş qrupunda kosmetik vasitələrin istifadəsi bəzən müxtəlif dəri problemlərinə, allergiyalara və psixoloji təsirlərə səbəb ola bilər. Xüsusilə, erkən yaşlarda kosmetik məhsulların düzgün seçilməməsi və ya təbii olmayan maddələrin istifadəsi sağlamlıq risklərini artıra bilər.

Bu səbəbdən, mütəxəssislər uşaqların kosmetik vasitələrdən istifadəsi ilə bağlı diqqətli olmağın vacibliyini qeyd edirlər.

Dermatoloq Dr. Vaqif Abdullayev Yenisabah.az-a məsələ ilə bağlı bir sıra vacib məqamları açıqlayıb:

“Kosmetik vasitələrin göstərişi budur ki, hansısa qüsurları örtsün. Ancaq bəzi problemlər də yarada bilir. Təbii ki, uşaqlara tövsiyə olunmur. Bu vasitələrin tərkibindəki maddələr allergik reaksiyalara səbəb ola bilir. İkinci və ən tez-tez rast gəlinən problemlərdən biri də yeniyetməlik dövründə olan qızların bu kosmetikadan istifadə etməsidir. Onlar üzün hansısa nahiyəsində meydana gələn sızanağı gizlətmək üçün örtücü kosmetik vasitələrdən istifadə edirlər. Yeniyetməlik çağına xas sızanaqların üstünün kosmetika ilə örtülməsi isə daha böyük problemlərin ortaya çıxmasına rəvac verir. Beləliklə, üz dərisi ilə kosmetikanın təmas etməsi nəticəsində sızanaqların artması, dəridəki xırda aknelərin meydana gəlməsi, komedonların çoxalması müşahidə olunur. Kosmetikanın istifadəsi artdıqca, bu cür problemlər də çoxalır”.

Həkim qeyd edib ki, yetkin yaşda olan insanların da kosmetikadan istifadəsi risklidir:

“Əsasən əgər yağlı, sızanağa meyilli dəridirsə, biz heç bir formada kosmetikadan istifadəni qəti şəkildə tövsiyə etmirik. Bu nəinki uşaq və yeniyetmələr üçün keçərlidir. Həmçinin orta və yetkin yaşlarında olan şəxslərə də həmin tövsiyə aiddir.

Dərinin sağlam bir formada qalmasını istəyiriksə, o zaman digər zərərverici vasitələrdən, o cümlədən kosmetikadan istifadə minimuma endirilməlidir. Eyni zamanda, üz dərisinin təmiz saxlanılması da sağlamlıq cəhətdən olduqca vacibdir”.



Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap