“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kredit kartlarına limit qoyulur - Yeni mexanizm nəyi dəyişəcək?

Tarix 03.08.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaşlar əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclanmayacaqlar. Başqa sözlə, artıq vətəndaşın kredit kartından istifadə ilə bağlı yeni limitlər tətbiq edilir.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Bank borclanma mexanizmini sərtləşdirib. Yəni, kredit kartları üzrə borcalanın limiti bundan sonra rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Üstəlik, bu hesablanarkən vətəndaşın digər banklar qarşısındakı kredit öhdəlikləri də nəzərə alınacaq.

Əgər kredit kartı limiti borcalanın gəlirindən 5 misli çoxdursa, bu zaman bank bu risqli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmayacaq şəkildə verə bilər. Yeni tələblər banklara da birbaşa təsir edəcək. Belə ki, bu məhdudiyyətlər bankların kapitalının qorunmasını və risklərin vaxtında dəyərləndirilməsini nəzərdə tutur.

Ekspertlər hesab edir ki, bu tənzimləmə həm də vətəndaşları gəlirlərini rəsmiləşdirməyə təşviq edəcək.

Qeyd edək ki, bununla da kredit kartı ilə əvvəllər olduğu kimi rahatlıqla iri məbləğlər götürmək dövrü geridə qalır. Yeni sistem daha ehtiyatlı və düşünülmüş borclanmanı önə çıxarır.




Xəbərin oxunma sayı : 676




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap