“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Kreml niyə bioloji silahlarla bağlı dezinformasiya yayır?

Tarix 15.03.23, 16:48

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət Departamentinin xarici dövlətlərin dezinformasiyaları ilə mübarizə aparan qurumu – Qlobal Dialoq Mərkəzi (Global Engagement Center) növbəti hesabatını açıqlayıb.

Novator.az-ın məlumatına görə, hesabatda deyilir ki, Rusiya beynəlxalq səhiyyə qurumlarına şübhə yaratmaq üçün qəsdən bioloji silahlar haqqında yalan məlumatlar yayır.

Eyni zamanda Rusiyanın guya Ukraynada bioloji silah hazırlayan laboratoriyaların mövcudluğu barədə ayrıca dezinformasiya kampaniyası təşkil etdiyi vurğulanır.

Sənəddə Kremlin saxta məlumatları yaymaq üçün parlament komitəsindən, hökumətin maliyyələşdirdiyi KİV-lərdən, Rusiyanın xüsusi xidmət orqanlarına bağlı saytlardan, siyasi sifarişlə işləyən ekspertlərdən və digər vasitələrdən geniş yararlandığı bildirilir.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin Radioloji, Bioloji və Kimyəvi  Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov media məkanında iştirakını fəallaşdırıb: “Öz çıxışlarında Kirillov bir qayda olaraq heç bir dəlil-sübut gətirmədən ABŞ-ın meymunçiçəyi və koronavirus infeksiyalarının hazırlanmasında rol oynadığını, üstəlik, ayrı-ayrı etnik qruplara ziyan vurmağa hesablanmış məxsusi bioloji silahlar üzərində işlədiyini deyir”.

Qlobal Dialoq Mərkəzinin hesabatını ictimaiyyətə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays təqdim edib. O bildirib ki, ABŞ hökuməti Moskvanın dezinformasiya kampaniyalarından narahatdır, “çünki ola bilsin, Rusiya yalan məlumatları Ukraynada başqa bayraq altında əməliyyat keçirərək bioloji, kimyəvi və ya nüvə silahı işlətmək, sonra günahı Ukraynanın, yaxud ABŞ-ın üzərinə yıxmaq üçün yayır”.

Ned Praysın sözlərinə görə, Rusiya dezinformasiya kampaniyasını xorla təşkil edir, bununla da informasiya məkanında eyni tezislərin gur axınını, guya ayrı-ayrı mənbələrin, məlumatların bir-birini təsdiqlədiyi illüziyasını yaratmağa çalışır.

ABŞ-ın Rusiyanı beynəlxalq öhdəliyə məhəl qoymamaqda, Bioloji Silahlar Konvensiyasının tələblərinə zidd olaraq hücum xarakterli bioloji silah proqramını dəstəkləməkdə qınadığını xatırladan Ned Prays bildirib ki, Rusiya bu tənqiddən nəticə çıxarmaq əvəzinə başqalarını özü yol verdiyi əməllərdə günahlandırmaq metodunu seçib.

Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, ABŞ bir daha Kremli dezinformasiyalara, o cümlədən bioloji silahlar haqqında uydurmalara son qoymağa çağırır.



Xəbərin oxunma sayı : 472




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap