Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO Səidə Sultanın ehtiraslı videosu yayıldı - VİDEO Azərbaycanlı modeldən seksi pozlar - FOTOLAR Dünya ulduzu Parisdə tül geyimdə - FOTO
Axtar
 
  • / Maqazin / — 05 Fevral 2020

    Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO

  • / Maqazin / — 04 Fevral 2020

    Səidə Sultanın ehtiraslı videosu yayıldı - VİDEO

  • / Maqazin / — 21 Yanvar 2020

    Azərbaycanlı modeldən seksi pozlar - FOTOLAR

  • / Maqazin / — 21 Yanvar 2020

    Dünya ulduzu Parisdə tül geyimdə - FOTO

  • / Maqazin / — 20 Yanvar 2020

    Rəqqasə Aygünün açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 19 Yanvar 2020

    Röya qısa şortu ilə səs-küy yaratdı - FOTO

KTN “Kənddən Şəhərə” satış yarmarkası ilə bağlı açıqlama yaydı:“Qiymətlər çox ucuzdur“

Tarix 22.08.19, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC-nin həyata keçirdiyi “Kənddən Şəhərə” satış yarmarkası davam edir.

Bu barədə Kənd Təsərrüfatı Nazilrliyindən AzFakt.com-a verilən məlumata görə, vətəndaşların və fermerlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (225 saylı məktəbin qarşısı) yerləşən yarmarka 21-25 avqust tarixləri arasında gündəlik olaraq fəaliyyət göstərəcək:

“Belə ki, vətəndaşlarımız mövsümi kənd təsərrüfatı məhsullarını birbaşa yarmarkada iştirak edən fermerlərdən ala bilərlər. Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır.

Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir.

Yarmarkada fermerlər xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin edilib, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılır. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçirilir.

Məlumat üçün bildirək ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanında (İnqilab kinoteatrının yanı) keçirilən yarmarka isə şənbə və bazar günləri fəaliyyət göstərir”.




Xəbərin oxunma sayı : 388

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda