Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Lənkəranda öldürülən həkimin arvadı:”Seriala baxırdım, xəbərim olmayıb”

Tarix 27.03.17, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


Kriminalistlər tərəfindən hadisənin baş verdiyi yer müayinə edilərkən qatilin qapıdan içəri daxil olması müəyyənləşdirilib

Virtualaz.org saytı Sputnik.az-a istinadən xəbər verir ki,  Lənkəran rayonunun Xolmili kəndində evinə basqın edilən kənd ambulatoriyasının baş həkimi Vahab Səfərovun qətli ilə bağlı araşdırma aparılarkən bəzi maraqlı detallar üzə çıxıb.

Martın 17-dən 18-ə keçən gecə naməlum şəxslər həkimin evinə soxularaq ona küt alətlə zərbələr endiriblər. Ağır dərəcəli bədən xəsarətləri alan yaralı martın 26-da dünyasını dəyişib.

“Qətlin üstü hələ açılmayıb. Ancaq, araşdırmanın gedişatında aydın olub ki, qətl törədilən zaman Səfərov evdə tək deyilmiş. Həmin vaxt mənzildə həmçinin Səfərovun həyat yoldaşı da olub.  Amma qadın heç nə görmədiyini iddia edir”- polis şöbəsindən belə deyiblər.

İlkin dindirilmə zamanı mərhum həkimin arvadı izahatında hadisə baş verdiyi saatlarda türk serialına baxdığını, ərinin kimlər tərəfindən necə öldürülməsindən xəbərsiz olduğunu göstərib. Maraqlı odur ki, hadisə yerinin müayinəsi zamanı mənzilin qapı və  pəncərəsinin quldurlar tərəfindən sındırılması müəyyən edilməyib. Pəncərənin dəmir barmaqlıqlarının sındırılmaması qatilin qapıdan içəri girməsini deməyə əsas verir.

Qətlin motivi aydın deyil. Hadisənin tamah məqsədilə baş verdiyi də məlum deyil. Yeri gəlmişkən, hadisə zamanı Səfərovların evindən heç nə oğurlanmayıb.



Xəbərin oxunma sayı : 118




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap