Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Lənkəranda meşədən mal-qara oğurlayan şəxslər saxlanılıb

Tarix 09.12.17, 20:25

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin may ayının 10-da İdris Höccətova məxsus torpaq sahəsindən 1 baş inək oğurlamaqda şübhəli bilinən rayon sakini Taleh Abbasov saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə, həmin şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən olunub ki, rayonun Xanbulan kəndində yaşayan Taleh Abbasov müxtəlif vaxtlarda tanışları Ramin Kişiyev, Nahid Muradlı, İlkin Cəbiyev, Mehbalı Əliyev, Sadiq Qurbanov, Azad Abbasovla əlbir olaraq vətəndaşlara məxsus ümumilikdə 12 baş inəyi oğurlayıb. 

O, cari ilin fevral ayından sentyabradəkolan müddətdə əlbir olduğu şəxslərlə birlikdə törətdiyi oğurluq əməlləri ilə 7 nəfərə ümumilikdə 12 min manatdan artıq ziyan vurub. Aparılan araşdırmalarla mal-qaranın əsasən Hirkan Milli Parkının Xanbulan kəndi ətrafında yerləşən meşəlik ərazidən oğurlandığı müəyyən edilib.

Aparılan araşdırmalar nəticəsində əvvəllər Taleh Abbasovun, daha sonra isə Ramin Kişiyevin həmin ərazidə meşəbəyi işləmələri məlum olub. Onlar oğurladıqları iribuynuzlu heyvanları rayon ərazisindəki qəssablara şəxsi təsərrüfatlarında yetişdirdiklərini deyərək satıblar. Oğurlanan heyvanlardan ikisi maddi sübut qismində götürülüb.

Taleh Abbasov və adıçəkilən digər şəxslər istintaqa cəlb edilib və barələrində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.



Xəbərin oxunma sayı : 100




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap