Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Leyla Qurbanovadan qızıl medal - “Bakı-2017“

Tarix 21.05.17, 19:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına yekun vurulacaq.

AzFakt.com-un xəbərinə görə, son yarış günündə qadın güləşçilər medallar uğrunda mübarizə aparır.

48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mariya Stadnik ilk olaraq əlcəzairli Keyra Yahyaui ilə qarşılaşıb və parlaq qələbə qazanıb.

53 kq çəkidə yarına idmançımız Leyla Qurbanova cəmi 3 güləşçinin iştirak etdiyi yarışda çıxış edib. Əvvəlcə türkiyəli Burcu Kebiçə qalib gələn təmsilçimiz ardınca qazaxıstanlı Aygül Nuralimi məğlub edib. Bununla da idmançımız İslamiadanın qalibi olub.

55 kq çəkidə yarışan Natalya Sinişinin ilk rəqibi qazaxıstanlı Emma Tissina olub. Rəqibinə qalib gələn idmançımız növbəti görüşündə Nigeriya təmsilçisi Odunoyu Adekuoroyeyə uduzub.

58 kq çəkidə ölkəmizi təmsil edən Alyona Kolesniki ilk olaraq türkiyəli Dərya Bayhanla üz-üzə gəlib və təcrübəli rəqibinə qalib gəlib.

60 kq çəki dərcəsində yarışan Tetyana Omelçenko ilk cəhdində kamerunlu Tiako Essombeni asanlıqla üstələyib.
 
63 kq çəkidə ölkəmizi Elmira Qəmbərova təmsil edib. O, ilk görüşündə Blessinq Oborududuya (Nigeriya) uduzub. Güləşçimiz bürünc medal uğrunda döyüşəcək.

69 kq mübarizə aparan Elis Manolova isə turnirə 1/4 finaldan start verib. O, kamerunlu Blandin Epanqa Metala ilə mübarizədən qalib ayrılıb. Yarımfinaldakı rəqib isə türkiyəli Buse Tosun olub. İdmançımız türk rəqibi ilə görüşdə 4:10 hesabı ilə geri düşsə də, sona saniyələr qalmış rəqibin kürəyini xalçaya sıxaraq təmiz qələbə ilə finala yüksəlib. 
 
75 kq çəkidə təmsilçimiz Səbirə Əliyeva  ilk görüşünü qazaxıstanlı İrina Kazyulinaya qarşı keçirib. İdmançımız vaxtından əvvəl qələbə qazanıb. O, qrupdakı ikinci görüşündə misirli Hamza Samarla qarşılaşıb. Bu rəqibinə uduzan idmançımız üçüncü görüşdə qırğızıstanlı Aypəri Mədətqızına uduzub.

Qeyd edək ki, kişilərin yunan-Roma və sərbəst güləş yarışlarında komandamız 8 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.



Xəbərin oxunma sayı : 103




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap