Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlir - Bu tarixdə

Tarix 04.12.24, 13:35

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıya gəlir.

AzFakt.com xəbər verir ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.

İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyəcəklər. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim ediləcək.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi və mədəniyyət həvəskarları üçün unudulmaz anlar vəd edir. Bu, hər kəs üçün unikal təcrübə olacaq.

Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Biletlərin satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
img





Xəbərin oxunma sayı : 1282




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap