“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

288 nömrəli məktəbdə tədbir keçirilib - Qərbi Azərbaycanla bağlı

Tarix 16.12.25, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


288 nömrəli məktəbdə “Qərbi Azərbaycan Azərbaycanın əzəli və əbədi torpaqlarıdır” mövzusunda tədbir keçirilib...

AzFakt.com xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə “Qərbi Azərbaycan Azərbaycanın əzəli və əbədi torpaqlarıdır” mövzusunda tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və dövlətimizin müstəqilliyi və ərazi bötövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən məktəbin direktoru Aygün Hüseynova soydaşlarımızın əzəli Azərbaycan torpaqlarından deportasiya olunma tarixinə qısa ekskurs edib, onların onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əhəmiyyətindən söz açıb. Həmin icmanın fəalları ilə məktəblilərin görüşünün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan direktor bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində nüstəsna rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan Dövlət Pedoqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, fililogiya elmlər doktoru, əməkdar müəllim, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova qədim Azərbaycan yurdlarının tarixindən, abidələrindən, həmin torpaqların Azərbaycana bəxş etdiyi tarixi şəxsliyyətlərdən söz açıb, şagirdlərin suallarını cavablandırıb.

Daha sonra Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini Səbinə Xasıyeva çar Rusiyasının və SSRİ rəhbərliyinin dəstəyi ilə Qərbi Azərbaycan torpaqlarında həyata keçirilən etnik təmizləmə siyasətindən söz açıb, əzəli torpaqlarımıza qayıdışımızla bağlı əminlik ifadə edib.

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşları – Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev, əməkdar müəllim Əhliyyət Adıgözəlov mövzu ilə bağlı yadda qalan çıxışlar ediblər.

Tədbirin bədii hissəsində 6A sinif şagirdi Hüseynzadə Zəhra vətənpərvərlik mövzusunda şeir söyləyib, 2C sinif şagirdləri “Bayraq” rəqsi ilə çıxış ediblər. Tədbirin sonunda qonaqlara fəxri fərmanlar təqdim olundu.

Tədbirdən sonra məkətbin həyətində xatirə ağacları əkilib.








Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap